Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
11:22 12 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyası ilə əlaqədar vətəndaşlara müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə 60 yaşdan yuxarı olan insanların qan vermədə iştirak etməməsi tövsiyə olunur.

Müraciətdə deyilir ki, əgər 65 yaşadək olan şəxslər davamlı olaraq 3-4 dəfə qan veriblərsə, o zaman həmin yaşadək olan insanlar qanvermədə iştirak edə bilərlər: "Əks halda 60 yaşdan yuxarı olan insanların qan verməsinə icazə verilmir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR