Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR büdcəyə 1 milyard pul ödədi

SOCAR büdcəyə 1 milyard pul ödədi

Date: 12 October 2016 11:23

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1 mlyard 24 milyon 827 min manat həcmində vəsait ödənilib.

Publika.az xəbər verir ki, bu ilin ilk 9 ayında büdcəyə ödənilən vəsaitin 119 milyon 443 min manatı sentyabr ayının payına düşüb.

Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 milyon 816 min manat vəsait köçürüb ki, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 8,7% çoxdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən DSMF-yə ödəniş 107 milyon 163 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,94 mln. manat və ya 2,8% çoxdur.

İqtisadiyyat şöbəsi


Tags:  SOCAR büdcəyə milyard pul ödədi


RƏYLƏR


Top news