Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Cinayəti" ayaqqabısının dabanında gizlətdi

"Cinayəti" ayaqqabısının dabanında gizlətdi

Date: 12 October 2016 11:32

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda sözügedən vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının oyuqlarında beş bükümdə, ümumi xalis çəkisi 2,915 qram olan heroin və xalis çəkisi 8,354 qram olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Cinayəti ayaqqabısının dabanında gizlətdi

RƏYLƏR


Top news