Ətdən paltar geyən qız: "Çox pis iy verirdi" - FOTO

Ətdən paltar geyən qız: "Çox pis iy verirdi" - FOTO
11:37 12 Oktyabr 2016
3266 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın tanınmış modellərindən biri Yuliya Kaunova ət parçalarından "tikilmiş" donla fotosessiyaya çəkilib. Çəkilişlər Sankt-Peterburq şəhərindəki restoranlardan birində "Maxim" jurnalı üçün aparılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Yuliya Kaunovanın dediyinə görə, maraqlı eksperimentə düşünmədən razılaşıb. Paltar çəkiliş meydançasında "tikilib". Mal əti parçaları bir-birlərinə elən modelin vücudunda bərkidilib və bu proses bir saat çəkib. "Paltar"ın çəkisi 25 kq idi.

"Paltarın ağırlığını hiss etmirdim. Amma çəkiliş meydançasında saatlarla qaldım. Sofitlərin gur işığı altında paltar iki saat sonra iy verməyə başladı. Səhər saat 5-də isə "paltar" leş qoxuyurdu", - Yuliya Kaunova deyib.

Məşhur müğənni Ledi Qaqa 2010-cu ildə "MTV Video Music Awards" mükafatlarının təqdimat mərasiminə ətdən "paltar" geyinərək yollanmışdı.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR