Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qələbəyə bərabər heç-heçə"

"Qələbəyə bərabər heç-heçə"

Date: 12 October 2016 11:37

"Futbol üzrə DÇ-2018 çərçivəsində Azərbaycan milli yığma komandasının səfərdə Çexiya yığma komandası ilə oyunu 0:0 ilə bitirməsi qələbəyə bərabər heç-heçə idi"

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Azərbaycan yığmasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki uğurlu çıxışına münasibət bildirərkən sosial şəbəkədə qeyd edib.

O, matçla bağlı fikirlərini bölüşüb:

"Yəqin ki, 2016-cı il üçün dünya futbol aləmində iki ölkənin nəticələri futbolsevərləri çox təəccübləndirdi. Bunlardan biri İslandiya, biri isə Azərbaycan oldu. Hər ikisində futbolun inkişafına dövlət tərəfindən ciddi diqqət verilməsi öz nəticəsini verməkdədir.

Azərbaycan komandasının növbəti qələbəsini təbrik edirik, həmişə qələbələrdə".

Bəxtiyar Umarlı
Milli.Az


Tags:  Qələbəyə bərabər heç-heçə

RƏYLƏR


Top news