Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Date: 12 October 2016 11:37

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vasif Çərkəzov və Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilərək, onlara şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, V.Çərkəzov və V.Məcidov dələduzluqda təqsirli biliniblər. Bir müddət istintaqda yayınan və axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunublar.

Tags:  Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

RƏYLƏR


Top news