"Təəssüf ki, xal qazandılar"

"Təəssüf ki, xal qazandılar"
11:37 12 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisini qəbul edən Çexiya yığması qolsuz bərabərliklə kifayətlənməli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyunla bağlı yerli mətbuata müsahibə verən norveçlilərin qapıçısı Tomaş Vaçlik nəticədən məmnun qalmadıqlarını söyləyib.

- Oyunu necə dəyərləndirərdiz?
- Azərbaycan millisi yalnız əks-hücuma bel bağlamışdı. Cəmi 1 dəfə qapıya zərbə vurdular, başqa heç nə etmədilər. Müdafiəni bağlamışdılar. Əslində, onlardan məhz bu cür çıxış gözləyirdik. Təəssüf ki, evlərinə xalla dönməyi bacardılar.
 
- Qələbə qazanmaq üçün nə çatmadı?
- Təəssüf ki, günümüzdə deyildik. İstədiyimiz qədər qol vəziyyəti yarada bilsəydik, rəqibi məğlub yola salacaqdıq. Oyun Azərbaycan yığmasının arzuladığı tempdə keçdi. Buradan xalla ayrıldıqları üçün yəqin ki, məmnun qalarlar. Amma təəssüf ki, bizdə heç nə alınmadı.
 
- Azarkeşlərin yaratdığı atmosfer ürəyinizcə oldu?
- Bəli, atmosfer möhtəşəm idi, azarkeşlər bizi qələbəyə səsləyirdilər. Onlar çox gözəl idi və buna görə təşəkkürümü bildirirəm. Hətta əlverişsiz havada da bizi dəstəklədilər.
 
- Güclü yağışa baxmayaraq, final fitinə qədər tribunanı tərk etmədilər...
- Çünki bizdən qələbə topu gözləyirdilər. Yaxşı oynasaq da, onların istəyini həyata keçirə bilmədik.
 
- Üç turdan sonra qrupdakı vəziyyətlə bağlı nə deyə bilərsiniz?
- Yenə xal itirdik və turnir cədvəlində daha bir pillə gerilədik. Gələn ay Norveçlə görüşdə qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Çünki 3 turda 6 xal itirmişik. Bu isə bizə ciddi problem yarada bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR