Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnvestorlar FED-in protokollarını gözləyir

İnvestorlar FED-in protokollarını gözləyir

Date: 12 October 2016 11:38

FED-in faiz artımı gözləntilərinin artması dolların dünya valyuta birjalarında digər valyutalara nisbətən bahalaşmasına səbəb olur.

Publika.az invest.az-a istinadən xəbər verir ki, EUR/USD cütlüyünün məzənnəsi artıq 1.10 dollara kimi ucuzlaşıb. Eyni zamanda, bu gün yayımlanacaq FOMC-nin toplantı protokolu və cümə günü Janet Yellenin çıxışı investorların diqqət mərkəzindədir.

Dünya maliyyə bazarlarında Amerika Federal Ehtiyat Sisteminin faiz artımı gözləntilərinin qismən artması dolların da digər valyutalara nisbətən bahalaşmasına səbəb olur. Bu gözləntiləri enerji bazarlarında neft qiymətlərinin son bir ilin maksimum səviyyəsinə kimi bahalaşması da gücləndirir, çünki enerji bazarlarında qiymətlərin bahalaşması Amerikada inflyasiyaya müsbət təsir edə bilər.

Bu gün isə bazarlar Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq FED-in toplantı protokolunu və cümə günü FED sədri Janet Yellenin də çıxışını böyük maraqla gözləyirlər.

Avro/Dollar valyuta cütlüyü ucuzlaşmaqda davam edir və bu gün Asiya sessiyasında da artıq 1.1040$-a kimi ucuzlaşıb. Qiymət əlavə olaraq 1.1000 və 1.0902 dollara kimi də ucuzlaşa bilər.

İqtisadiyyat şöbəsi


Tags:  İnvestorlar FED-in protokollarını gözləyir

RƏYLƏR


Top news