Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor Cim Kerri məhkəməyə verilib

Məşhur aktyor Cim Kerri məhkəməyə verilib

Date: 12 October 2016 11:42

Məşhur aktyor Cim Kerrinin keçmiş rəfiqəsi Katriona Raytın anası sənətçini məhkəməyə verib.

Milli.Az report-a istinadən bildirir ki, ana Uayt dozadan artıq dərman preparatları qəbul etdiyinə görə ötən ilin sentyabr ayında dünyasını dəyişən qızının ölümündə C.Kerrini günahkar bilir və onu qanunsuz hərəkətlərlə ölümə səbəbkar olmaqda ittiham edir.
İddia mərhumun həyat yoldaşının məhkəməyə bənzər ərizə ilə müraciət etməsindən bir ay sonra qaldırılıb.
Onların hər ikisi K.Uaytın məhz Cim Kerrinin tapıb gətirdiyi preparatları həddən artıq miqdarda içdiyinə görə öldüyünü iddia edir.
Aktyorun vəkilləri isə öz növbəsində bu ittihamların əsassız olduğunu və müştəriləri tərəfdən qətiyyətlə təkzib edildiyini bildiriblər.

Milli.Az


Tags:  Məşhur aktyor Cim Kerri məhkəməyə verilib

RƏYLƏR


Top news