Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

MDB ölkələri Birlik vətəndaşlarının itirilmiş şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasını yaradır

MDB ölkələri Birlik vətəndaşlarının itirilmiş şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasını yaradır

Date: 12 October 2016 11:52

Bakı. 12 oktyabr. REPORT.AZ/ MDB-nin Miqrasiya Xidmətləri Birliyə üzvü olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacaq.
"Report" xəbər verir ki, bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bu gün MDB vətəndaşlarının bu və ya digər ölkəyə getməsi rejimlərinin sistemləşdirilməsi üzrə qarşımızda ciddi problem dayanır. Ona görə də bu gün Birliyə üzvü olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacağıq", - deyə A.Qorovoy bildirib.
Onun sözlərinə görə, iclas çərçivəsində iştirakçılar dövlətlər tərəfindən vətəndaşın başqa dövlətin ərazisində özünü rahat hiss etməsi üçün zəruri olan qanunvericiliyin öyrənilməsi məqsədilə bu və ya digər ölkənin ərazisində yaşayacaq miqrantlar hazırlayacaq xüsusi təşkilatların yaradılması imkanlarını müzakirə edəcəklər.
"Hüquq-mühafizə orqanlarının rəhbərləri kimi, biz başa düşməliyik ki, hökumətlərarası, dövlətlərarası razılaşmalarda əks olunan bütün qərarlar başqa ölkənin qanunlarının tələblərinə, adət-ənənələri və mədəniyyətinə hörmət şəraitində, sakit mühitdə həyata keçirilməlidir", - deyə Rusiya DİN başçısının müavini bildirib.

Tags:  MDB ölkələri Birlik vətəndaşlarının itirilmiş şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasını yaradır

RƏYLƏR


Top news