Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İşsizlərə şad XƏBƏR - Yeni qanun layihəsi müzakirəyə çıxarılır

İşsizlərə şad XƏBƏR - Yeni qanun layihəsi müzakirəyə çıxarılır

Tramp: ""Obamacare"-i dəyişmək üçün yeni qanun layihəsi tezliklə hazır olacaq" (25 Mart 2017 09:47)
Tramp: “Obamacare”-i dəyişmək üçün yeni qanun layihəsi tezliklə hazır olacaq” (25 Mart 2017 08:21)
İrana qarşı sanksiyalara dair qanun layihəsi təqdim edilib (24 Mart 2017 08:57)

Tarix: 12 Oktyabr 2016 11:52

Azərbaycanda "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
 
Deputat bildirib ki, yeni qanun layihəsi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Daha sonra isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinə daxil olacaq:
 
"İşsizlərin icbari tibbi sığortasından bəhs edən bu yeni qanun layihəsi artıq Nazirlər Kabinetinə verilib və daha sonra isə müzakirə üçün bizim komitəyə daxil olacaq".
 
Hadi Rəcəbli "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsinin əsas mahiyyətini və nəyə xidmət edəcəyini də açıqlayıb:
 
"Bu yeni qanun layihəsi müəssisələrdə işəgötürənlər, eyni zamanda dövlət qurumları tərəfindən əmək haqqının 0,5 faizi miqdarında ola bilən sığorta fondları yaradılacaq.
Bu məbləğ yalnız işsizlərə yemək üçün verilməyəcək. Əsas məqsəd o olacaq ki, həmin sığorta fondlarına yığılan pul vəsaitləri yeni iş yerlərinin açılmasına da sərf olunacaq", - deyə komitə sədri bildirib.

Milli.Az


Teqlər:  İşsizlərə şad XƏBƏR Yeni qanun layihəsi müzakirəyə çıxarılır



RƏYLƏR


Top xəbərlər