Sabirabadda bir gündə iki oğurluq hadisəsi

Sabirabadda bir gündə iki oğurluq hadisəsi
11:54 12 Oktyabr 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda bir gündə 2 oğurluq hadisəsi baş verib. Mənzildən müxtəlif növ məişət əşyaları oğurlanıb.

 

Lent.az-ın məlumatına görə, H. Əliyev prospektində yerləşən 12 nömrəli evdən oğurluq edənlərin kim olduğu hələ ki, məlum deyil. Oğruların mənzilə digər qonşunun həyətindən keçərək (Qurban Namazəliyev küçəsi, ev №48) girdikləri güman olunur. Belə ki, polisin əraziyə baxışı nəticəsində sonradan məlum olub ki,  həmin evdən də eyni qayda üzrə məişət əşyaları aparılıb.  Oğurluq edilən mənzillərdə daimi yaşayış olmayıb.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR