Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İsrail bir günlüyə özünü ətraf aləmdən təcrid edib

İsrail bir günlüyə özünü ətraf aləmdən təcrid edib

Türkiyədə məktəblər bağlanıb (17 Fevral 2017 12:05)
Türkiyədə qarlı hava şəraiti ilə əlaqədar 8 əyalətdə məktəblər bağlanıb (17 Fevral 2017 11:42)
İndoneziyada daşqınlar 40 mindən çox sakinə ziyan vurub (11 Fevral 2017 18:07)

Tarix: 12 Oktyabr 2016 12:02

Bakı. 12 oktyabr. REPORT.AZ/ İsraildə Yom-Küpür dini bayramı ilə əlaqədar sərhəd keçidləri bağlanılıb, ölkə daxilində adətən fəal olab həyat tərzi dayandırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib və bu hal çərşənbə günü gecəyə qədər davam edəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, İsrail hökuməti, həmçinin İordan çayının Qərb sahilində və Qəzza sektorunda Fələstin ərazilərində "təcrid rejimi"ni həyata keçirməyə başlayıb.
İsrailin xarici aləmlə hava və dəniz əlaqəsi bir sutkalıq dayandırılıb. Ölkə daxilində şirkət və müəssisələr, mağaza və restoranlar işləmir, nəqliyyat vasitələri dayanıb, dövlət və özəl radio və televiziya kanalları yayımı dayandırıb. Ölkə polisi yəhudilər və ərəblər arasında mümkün toqquşmaların qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, Yom Küpür, yaxub Kəffarə günü yəhudilər üçün ən mühüm bayramlardan biridir. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur.

Teqlər:  İsrail günlüyə özünü ətraf aləmdən təcrid edib



RƏYLƏR


Top xəbərlər