Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Boşanacağı üçün arvadını öldürtdürən şəxsə AĞIR CƏZA tələbi

Boşanacağı üçün arvadını öldürtdürən şəxsə AĞIR CƏZA tələbi

Date: 12 October 2016 12:04

Arvadını sifarişlə öldürtməkdə təqsirləndirilən Elşad Həsənov və qətli törədən Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında Elşad Həsənova və Rüstəm Rzayevə hər birinə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil Ceyhun Yusifov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Proses oktyabrın 18-ə davam edəcək.

 

 

Qeyd edək ki, bu il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər. Məlum olub ki, Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb. Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb. Bəlli olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin boşanmaqda israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilirlər.


Tags:  Boşanacağı arvadını öldürtdürən şəxsə AĞIR CƏZA tələbi


RƏYLƏR


Top news