Yığmamızın sabiq baş məşqçisi oğlunun intihar etməsindən danışdı

Yığmamızın sabiq baş məşqçisi oğlunun intihar etməsindən danışdı
12:05 12 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda yaxşı qazancım oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Salih Bora deyib.

2011-2012-ci ildə yığmamızı çalışdıran təcrübəli mütəxəssis Bakıdakı günlərini xatırlayıb. Türkiyəli mütəxəssis vətənində verdiyi müsahibəsində ölkəmizdə kifayət qədər yüksək məvacib aldığını da açıqlayıb: "Azərbaycanda 1 ildə əldə etdiyim pulu Türkiyədə 32 ildə qazanmamışdım. Çünki orada oturuşmuş sistem var. Azərbaycan güləşinə pul üçün getdiyimi düşünmürəm. Mən sadəcə zəhmətimizin qarşılığından söz açıram. Milli komandada məşqçilik müqəddəs vəzifədir".
 
Türkiyə yığmalarında iş təcrübəsi 37 il olan Bora Azərbaycana gəlişini də xatırlayıb. O bildirib ki, yerli federasiyada rəhbərlik dəyişikliyindən sonra işsiz qaldığı üçün millimizi çalışdırıb: "2011-ci ildə bizi dünya çempionatı gözləyirdi. Mundiala 2,5 ay qalmış Güləş Federasiyasında rəhbərlik dəyişdi və bizimlə yolları ayırdılar. "Belə etməyin, çempionatdan sonra gedərik", - desək də başa sala bilmədik. Çempionat zamanı isə Azərbaycandan təklif gəldi və mən də getdim".
 
Hazırda yenidən "ay-ulduzlular"ın "sükanı arxasında" olan məşqçi London Yay Olimpiya Oyunlarında Azərbaycan və Türkiyə güləşçilərinin görüşü zamanı keçirdiyi hissləri də xatırlayıb: "Qarışıq hisslər idi. Xalçaya çıxan pəhləvanların hər ikisi tələbəm idi. Nə edə bilərdim ki? Xalçanın kənarına çıxmadım. İdmançıma taktiki göstərişlər vermədim və azarkeşlər kimi izlədim. Mənim üçün çətin təcrübə oldu".
 
Bora bildirib ki, Azərbaycandan məhz ailəsindən uzaqda tək yaşaya bilmədiyi üçün ayrılıb və 2,5 il işsiz olub.
 
Türkiyə güləşinin əfsanələrindən olan Həmzə Yerlikayanın 11 yaşından məşqçisi olan mütəxəssis yetirməsinin sonradan onu "saymamasına" da münasibət bildirib. Boranın sözlərinə görə, Güləş Federasiyasının prezidenti olan idmançının onunla incikliyinin səbəbini bilmir: "Mənim Həmzə ilə hansısa problemim yoxdur, onun varsa, bilmirəm. Aramızda hansısa mübahisə də olmayıb. Nə üçün belə etdiyini bilmirəm. 11 yaşından onu yetişdirdim. Ata-oğul kimiydik, amma indi yox. 2,5 ildir görüşmürük. Məncə, Həmzə gəncliyinə, hirsinə və emosiyasına yenildi".
 
Londonda yığmamıza 1 gümüş və 1 bürünc medal qazandıran Bora oğlu Nedimin 32 yaşında intihar etməsinə də toxunub: "Necə oldu, biz də anlamadıq. Ölümündən iki həftə öncə psixologiyasında dəyişiklik olmuşdu. Səssizliyə çəkilirdi, özünə qapanmışdı. Tez-tez yanıma gəlib, danışmaq istəyirdi. Danışırdıq da... Sonra yenidən öz dünyasına çəkilirdi. Biz də həkimə aparmağa qərar verdik. Anası ilə bərabər üçümüz həkimə getdik. O, anası ilə otaqda həkimi gözləyərkən mən iş üçün aşağı düşdüm. Həmin vaxt birdən özünü pəncərədən aşağı atıb. Üçüncü mərtəbə idi, çox yüksək də deyildi. Amma həyatını xilas edə bilmədik. Həmin anda bütün dünya başıma fırlandı. Allah heç kimə belə bir dərd verməsin. Bir qızım, bir oğlum vardı. Təbii ki, Həmzəni də oğlum kimi görürdüm. Yəni, 2 oğlumu da itirdim".
 
Boranın sözlərinə görə, həmin vaxtdan həyat yoldaşı ilə özlərinə gələ bilmirlər: "Evin hər tərəfində şəkilləri var. Onlara baxıb, anası ilə birgə ağlayırıq. Psixoloqa da getdik, depressiyadan çıxmaq üçün hər şeyə əl atdıq. Beləcə birtəhər ayaqda dururuq".
 
Qeyd edək ki, Boranı millimizdə iranlı Cəmşid Xeyrabadi əvəzləyib. 

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Mart 2017 18:57

Nüsrət məşhur seriala çəkildi - FOTO

30 Mart 2017 18:57

Arıqlamaq üçün 500 min dollar xərclədi - FOTO

30 Mart 2017 18:47

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

30 Mart 2017 18:44

Mədəniz ağrıyırsa, bundan yeyin

30 Mart 2017 18:42

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

30 Mart 2017 18:38

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

30 Mart 2017 18:37

Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 İL HƏBS TƏLƏBİ

30 Mart 2017 18:34

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

30 Mart 2017 18:33

İlham Əliyevdən əlillərlə bağlı vacib sərəncam - 2 milyon manat ayrıldı

30 Mart 2017 18:33

Bakıda festival keçiriləcək

30 Mart 2017 18:32

Azərbaycanda çimərlik turizminin inkişafına dair Tədbirlər Planı təsdiq edilib

30 Mart 2017 18:32

Əlillərin protezlərlə təminatı üçün 2 milyon ayrıldı - SƏRƏNCAM

30 Mart 2017 18:29

Millət vəkilinin nəvəsi əcnəbi QIZLA NİŞANLANDI - FOTOLAR

30 Mart 2017 18:28

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslər üçün yüksək texnologiyalı protezlər hazırlanacaq

30 Mart 2017 18:27

Müharibə əlilləri üçün yüksək texnologiyalı protezlər hazırlanacaq

30 Mart 2017 18:26

Unibank Mobile-dan artıq planşetlərdə də istifadə mümkündür

30 Mart 2017 18:23

Nefti əvəz edən tükənməz resurs - “Ağ qızıl”

30 Mart 2017 18:23

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

30 Mart 2017 18:22

Sınaq imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

30 Mart 2017 18:22

Azərbaycanlı məşhurun 22 yaşlı oğlu üzə çıxdı: "Onu dəlicəsinə sevirəm" - FOTO

30 Mart 2017 18:22

Bayramda satılmayan səmənilərin aqibəti...

30 Mart 2017 18:22

Leyla Əliyeva Moskvada Yəhudi Muzeyində - FOTOLAR

30 Mart 2017 18:18

"Neftçi" əvvəlki günlərə dönmək istəyirsə..." - Flavinyo

30 Mart 2017 18:17

Cinayət Məcəlləsinə dəyişiklik

30 Mart 2017 18:12

İtirilən "Smart-kart" necə bərpa olunur?

30 Mart 2017 18:09

Təranə Səmədova: "Qızım metroda öpüşsə..."

30 Mart 2017 18:08

Ermənistan "İsgəndər"ləri döyüş mövqeyinə çıxardı, Bakıdan "Metsamor cavabı" eşidildi - FOTO

30 Mart 2017 18:05

Cenniferdən yeni fotosessiya

30 Mart 2017 18:05

"Ceyhun şərəfsiz hərəkətləri ilə məni elə iyrəndirib ki..."

30 Mart 2017 18:05

"Göstərişi birbaşa Cahangir Hacıyev verib" - MƏHKƏMƏ

30 Mart 2017 18:04

UNEC professoru BMT-nin mükafatına layiq görülüb

30 Mart 2017 17:59

Əsnəmək niyə yoluxucudur?

30 Mart 2017 17:57

Sabah əsla bunları etməyin!

30 Mart 2017 17:53

Həyat yoldaşını yeni itirən məşhur başqa qadınla - FOTO

30 Mart 2017 17:52

Bakıda Frankofoniya həftəsi keçiriləcək

30 Mart 2017 17:52

Öpüşməkdən o tərəfə

30 Mart 2017 17:52

SOCAR-dan dənizdə gözlənilən fırtına ilə bağlı AÇIQLAMA

30 Mart 2017 17:49

Məşhur, gənc model okean sahilində - FOTO

30 Mart 2017 17:47

Bakının təhlükəli ərazilərinin adı AÇIQLANDI

30 Mart 2017 17:47

"Şahdağ"dan darmadağın

30 Mart 2017 17:47

İngiltərədə dəhşət - Bir ailə qanına qəltan edildi

30 Mart 2017 17:43

Komitə: "Münaqişəli ailələrdə uşaqların hüquqlarının qorunması gücləndirilməlidir"

30 Mart 2017 17:42

Azərbaycanlı qızla yataq fotoları yayılan bəy efirə qayıtdı

30 Mart 2017 17:42

Nazənindən ŞOK TƏLƏB: Təranə Qumralın avtomobilinə həbs qoyulsun!

30 Mart 2017 17:39

Bakıda sürüşmə təhlükəsi olan yerlər açıqlandı

30 Mart 2017 17:38

Putin: “Trampa bunu etməyə imkan vermirlər”

30 Mart 2017 17:38

Deputat: "Azərbaycanda iqtisadi inkişaf yerlərdə ixtisaslı kadrlara tələbatı artırır"

30 Mart 2017 17:37

5 uşaq anası kameralara çılpaq "düşdü" - FOTO

30 Mart 2017 17:37

Məmur arvadı özünü asdı - AZƏRBAYCANDA

30 Mart 2017 17:37