Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Viran qalan şəhərdə sevinc: "O, sağdır!" - FOTO

Viran qalan şəhərdə sevinc: "O, sağdır!" - FOTO

Date: 12 October 2016 12:05

Suriyada vətəndaş müharibəsi başlanandan bəri Hələb şəhərindəki döyüşlər, bombardmanlar səngimir. Viran qalmış şəhəri prezident Bəşər Əsədə sadiq qoşunlar mühasirəyə alıblar. Bu azmış kimi, Rusiyanın hərbi təyyarələri də şəhəri sürəkli bombalayırlar.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, dünən də şəhərdə bombardmanlar olub. Rusiyanın hərbi təyyarələri şəhərin Fərdus səmtindəki yaşayış binalarını və tikililərinə raket-bomba zərbələri endiriblər.

Müxalifətçilərin nəzarətində olan Fərdusda bombardmanlar nəticəsində onlarla ev darmadağın olub. Bu evlərdən birinin xarabalıqların altından 11-12 yaşlı oğlan çıxarılıb.

"Ağ dəbilqə" adlı xeyriyyə-xilasetmə təşkilatının üzvləri bu oğlanı çıxaranda qışqırıblar: "Şükür Allaha! O, sağdır!"

Fərdusla yanaşı, şəhərin Bustan əl Qəsr səmti də bombalanıb. Bombardmanlarda ən azı 18 nəfər həlak olub.

Milli.Az













Tags:  Viran qalan şəhərdə sevinc sağdır FOTO

RƏYLƏR


Top news