Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günel Hümbətova artıq piylərdən belə xilas oldu - FOTO

Günel Hümbətova artıq piylərdən belə xilas oldu - FOTO

Date: 12 October 2016 12:08

Məşhur aparıcı Günel Hümbətova artıq çəkilərindən xilas olub.

Publika.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat verib. O, 72 kq-dan 52 kq-a düşdüyünü və tərəzidəki rəqəmləri görəndə çox xoşbəxt olduğunu qeyd edib.

“Mən bacardım! İradəmə görə özümü gözəl yeməklərlə mükafatlandırdım! Mədəm çox kiçildiyi üçün artıq çox yemək mümkün deyil. Amma sizə bir söz deyim ki, kök olanda da xoşbəxt idim. Hamı eyni olmaq məcburiyyətində deyil. Necəliyindən asılı olmayaraq özünü sevmək lazımdır. Lazım gələndə güzgünün qarşısına keçib xoş sözlər də demək lazımdır. Çünki biz qadınların əhvalı, ruh halı, xoşbəxtliyi, sevilməsi bundan asılıdır. Bəs onda niyə arıqlamaq istədim? Çünki qarşıma məqsəd qoydum. Necə arıqladım? Hər şeydən qədərində yeməklə. Dərim niyə sallanmadı və sellülitlərdən necə azad oldum? Müxtəlif masajlarla. Mütəmadi idmanla məşğul olmağı sevmirəm, amma həvəskar tennislə məşğul oluram (ayda bir neçə dəfə). Hazırda isə pilateslə məşğul olmağa qərar vermişəm. Ətraflı paylaşımlarımı gözləyin. Yeri gəlmişkən, əgər içərinizdə arıqayanlar varsa, müqayisəli fotoları mənə göndərin. Başqalarına da motivasiya olsun deyə paylaşacam”.

Xatırladaq ki, G.Hümbətova bir il əvvəl ana olduqdan sonra inanılmaz dərəcədə kökkəlmişdi.

Aytən




Tags:  Günel Hümbətova piylərdən belə xilas oldu FOTO

RƏYLƏR


Top news