Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Səyyar ASAN xidmət" Biləcəridə vətəndaşlara xidmət göstərəcək

"Səyyar ASAN xidmət" Biləcəridə vətəndaşlara xidmət göstərəcək

® Bayram günlərində Unibankın hansı filialları işləyəcək? (17 Mart 2017 16:24)
“ASAN xidmət”ə işə girmək istəyən şəxsdən külli miqdarda pul aldı (17 Mart 2017 13:14)
"ASAN xidmət"in adından "işdüzəldən" dələduz tutuldu (17 Mart 2017 13:12)

Tarix: 12 Oktyabr 2016 12:22

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Səyyar ASAN xidmət" oktyabrın 10-19-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.
Məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Qeyd edək ki, "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Teqlər:  Səyyar ASAN xidmət Biləcəridə vətəndaşlara xidmət göstərəcək



RƏYLƏR


Top xəbərlər