Türkiyədə 27 yaşlı qadının arıqlamaq istəyi onun ölümü ilə nəticələnib.
Milli.Az NTV-yə istinadla bildirir ki, Sakaryanın Pamukova mahalında artıq çəkilərindən azad olmaq üçün mədə kiçiltmə əməliyyatı keçirən 27 yaşlı Ebru Çoban xəstəxanada dünyasını dəyişib.
Ankaradakı xəstəxanada mədəsindən əməliyyat olunan Ebru mədə qanaxması ilə əlaqədar olaraq xəstəxanaya yatırılıb. O, xəstəxanada 9 gün müalicə olunsa da, infarkt keçirərək həyatını itirib.
Qeyd edək ki, o, əvvəl 110 kilo olub.
Milli.Az