Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

18 ton Azərbaycan alması Dağıstana buraxılmayıb

18 ton Azərbaycan alması Dağıstana buraxılmayıb

Qətərdə Azərbaycan milli komandasının azarkeşləri stadiona buraxılmayıb (09 Mart 2017 20:42)

Tarix: 12 Oktyabr 2016 12:27

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycandan Dağıstan Respublikasına (Rusiya) 18 ton təzə almanın ixracının qarşısı alınıb. Məhsulun tədarükünə Rusiya-Azərbaycan sərhədində, "Yaraq-Qazmalar” beynəlxalq avtomobil buraxılış məntəqəsində Rusiya fitosanitariya və baytarlığa nəzarət Xidmətinin (Rosselxoznadzor) Dağıstan üzrə İdarəsinin müfəttişləri qadağa qoyub.
"Report" xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Məhsulun geri qaytarılmasına Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının almalarda karantin zərərvericisi hesab edilən şərq alma qurdunun (Grapholitha molesta Busck) tapılmasına dair rəyi səbəb olub.
"Bununla da yük sahibi “Bitkilərin karantini haqqında” qanunun 15-ci maddəsini pozub və RF İnzibati Xətalar Məcəlləsi üzrə inzibati məsuliyyətə cəlb olunub", - deyə qurumdan bildirilib. 

Teqlər:  ton Azərbaycan alması Dağıstana buraxılmayıb



RƏYLƏR


Top xəbərlər