"Azərbaycan dövlətini öz yolundan döndərə bilməyəcəklər"

"Azərbaycan dövlətini öz yolundan döndərə bilməyəcəklər"
12:27 12 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Düşüncə" İctimai Birliyinin sədri, ekspert Emil Hüseynli oktyabrın 7-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı 525-ə müsahibə verib.

Milli.Az sözügedən müsahibəni təqdim edir:

- Sizcə, qlobal iqtisadi böhran dövründə Azərbaycanda aparılan iqtisadi islahatlar ölkənin sosial-iqtisadi vəziyyətinə necə təsir edib?

- Azərbaycan, bəlkə də iqtisadi böhrandan ən az əziyyət çəkən ölkədir. Sözsüz ki, qlobal iqtisadi böhran Azərbaycandan yan keçməyə bilməzdi. Əgər inkişaf etmiş ölkələr, Avropanın elit dövlətləri, o cümlədən, qonşumuz Rusiya və Türkiyə qlobal iqtisadi böhrandan əziyyət çəkirlərsə, demək, bu, Azərbaycan iqtisadiyyatına da təsir etməli idi. Ancaq Azərbaycan hökuməti bu vəziyyətdə özünü itirməyib. Prezident İlham Əliyevin rəhbərliyi və tövsiyəsi ilə köklü iqtisadi islahatlara qərar verilib. 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün ən ağır il olsa da, düşünülmüş iqtisadi islahatlar nəticəsində ölkəmiz ən az itkilərlə bu ili yola verib. Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı bir daha əminlik yaradır ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün daha əlverişli il olacaq. Ölkə prezidentinin vurğuladığı kimi bu il çox ciddi iqtisadi islahatlar aparılıb və bu islahatlar artıq öz nəticələrini verməkdədir. Bunlar əsasən idarəetmə istiqamətində, ixracın stimullaşdırılmasında, idxaldan asılılığı azaltmaqda öz bəhrəsini verib. Ona görə də Azərbaycanın 2016-cı ildəki büdcəsi də sosialyönümlü olub, bu istiqamətdə bir çox layihələr gerçəkləşdirilib. Nəticə göz qabağındadır: Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Bununla da Azərbaycan ötən illə müqayisədə 3 pillə irəliləyərək, MDB məkanında yenə liderliyini qoruyub saxlaya bilib. Baxmayaraq ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neft ölkələrinin iqtisadiyyatına da çox mənfi təsir edib, ancaq aparılan iqtisadi islahatlar, büdcənin optimallaşdırılması və bu kimi digər amillər iqtisadi inkişaf tempimizi qoruyub saxlayıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti iqtisadi böhrandan az itkilərlə çıxmaq üçün kifayət qədər iradə, güc nümayiş etdirib.

- Qarşıdakı dövr üçün iqtisadi dinamikanı qoruyub saxlamaq, böhranın təsirlərini minimuma endirmək üçün daha hansı addımların atılmasını vacib hesab edirsiz?

- Düşünürəm ki, növbəti ildə bu il aparılan iqtisadi islahatlar davam etdiriləcək. İlk növbədə neftdən asılılığın minimuma endirilməsi, yəni, qeyri-neft sektorunun inkişafı istiqamətində daha böyük layihələr reallaşdırılacaq. Azərbaycanın iqlimi imkan verir ki, kənd təsərrüfatı sahəsindən kifayət qədər büdcəmizə xarici valyuta gətirə bilərik. Bu il artıq bu istiqamətdə böyük layihələrə start verilib, o cümlədən, pambıqçılığın inkişafına çox diqqət yetirilir, baramaçılıq, üzümçülük sahələri artırılır. Azərbaycan brendi adı ilə keyfiyyətli məhsulların istehsalına diqqət artırılıb. Bir yaxşı deyim var: hər gecənin bir gündüzü var. Əslində iqtisadi böhran Azərbaycanda yeni iqtisadi münasibətlərin yaranmasına rəvac verib. Bunun nəticələrini növbəti illərdə görəcəyik. Düşünürəm ki, Azərbaycan hökuməti makroiqtisadi sabitliyə ciddi fikir verəcək. İnflyasiyanın ikirəqəmli olmaması üçün addımlar atılacaq.  Bank sektorunda islahatlar qaçılmaz olacaq, sənaye, kənd təsərrüfatı potensialı artırılacaq. Süni qiymət artımına ciddi nəzarət olunacaq, dırnaqarası sahibkarların insanların cibinə girib daha asan varlanmağının qarşısı alınacaq. Sözsüz ki, turizm sahəsinin inkişafı da Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Son 2-3 ildə bu sahədə ciddi dönüş yaradılıb və düşünürəm ki, növbəti illərdə də turizmin inkişafından dövlət büdcəmiz kifayət qədər xeyir götürəcək. Əsas məqsəd xarici valyuta gəlirlərinin artırılmasıdır. Bunun üçün sadaladığım sahələrdən kifayət qədər xarici valyuta ehtiyatlarımızı artıra bilərik. Biz artıq neftdən xarici valyuta qazancımızı düşünməməliyik və ölkə prezidentinin də hökumət qarşısında qoyduğu əsas şərt budur. Prezident İlham Əliyev müşavirədə qeyri-neft sektorunun inkişafını ayrı-ayrılıqda hansı sahələr üzrə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Həm idxal olunan məhsullar minimum endirilməlidir, həm də ixrac məhsullarımızdan xarici valyutalar qazanılmalıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti artıq 2015-ci ildən bu istiqamətdə ciddi işlərə başlayıb və bu siyasət də davam etdiriləcək. Onun bəhrəsini isə yaxın gələcəkdə görəcəyik.

- Azərbaycanın beynəlxalq təşkilatlar, xarici dövlətlərlə əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanın xarici siyasəti bərabərhüquqludur, bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurulub. Strateji tərəfdaş ölkələrimiz də var, daha sıx əməkdaşlıq etdiyimiz qurumlar da mövcuddur. Düşünmürəm ki, Azərbaycan hər hansı beynəlxalq qurumlar, xarici dövlətlər normal münasibət qurmaqda maraqlı olmasın. Sadəcə, Azərbaycana göstərilən münasibətə adekvat cavab verilir. Çox təəssüf ki, bu gün bəzi ölkələrin Azərbaycana qarşı səmimiyyətini görmürük. Bəzən Azərbaycana qarşı qarayaxma, şər-böhtan, təhqir kampaniyası aparılır. Bəzən Azərbaycanda "beşinci kolon" vasitəsilə ölkənin milli təhlükəsizliyinə təhdidlər edilir. Azərbaycanın uğuruna sevinməyən qüvvələr ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. İqtisadi, siyasi gücümüz artdıqca, bizə qarşı təzyiqlər də çoxalır.  Buna baxmayaraq Azərbaycan öz yolu ilə gedir, milli maraqlarına söykənən balans siyasətini yürüdür. Azərbaycan ikitərəfli münasibətlərdən üçüncü tərəfin maraqlarına zidd olan addımlar atmır. Xoşməramlı, tarazlı, açıq və səmimi siyasət yürüdür. Bunu anlayan dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanla gözəl əlaqələr qurub. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıb. Prezident İlham Əliyevin uzaqgörən, proqmatik siyasəti nəticəsində Azərbaycan böyük nüfuz qazanıb. İndi kimsə Azərbaycanın uğurunu həzm edə bilmirsə, bu onların öz işidir. Azərbaycan dövlətini öz yolundan döndərə bilməyəcəklər.

- Sizcə, Avropa Parlamenti ilə bir ildir dayandırılan əlaqələrin birincilərin xahişi ilə bərpası Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasından, istənilən əməkdaşlıq əlaqələrində öz şərtlərini, maraqlarını lazımınca müdafiə etmək gücündən xəbər vermirmi?

- Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa Parlamenti ilə əməkdaşlığa açıqdır və bu əməkdaşlıq beynəlxalq hüquq normalarına, qarşılıqlı hörmətə, bir-birinin haqqını yeməməyə əsaslanır. Əgər hər hansı beynəlxalq təşkilat və ya nüfuzlu dövlət düşünürsə ki, öz maraqlarını qoruyaraq Azərbaycanın daxili işinə qarışmaqla, ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməklə nəyəsə nail ola bilərlər, yanılırlar. Düzgün ünvan seçməyiblər. Prezident İlham Əliyev sentyabrın sonlarında Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə konkret şəkildə öz mövqeyini açıqlayıb. Azərbaycan prezidentinin həmin görüşdə sərt mövqeyi ölkənin maraqlarının qorunmasına hesablanmışdı. Çünki Azərbaycan dövləti, onun prezidenti haqsızlığa qarşı mübariz olmasa, beynəlxalq hüququn ayaq altında tapdalandığını göstərməsə, sabah Azərbaycanın milli maraqlarını qoruya bilmərik. Dövlət başçısı bununla hegemon ölkələrə, beynəlxalq təşkilatlara Azərbaycanın prinsipial mövqeyini bir daha xatırladıb. Bu mövqe beynəlxalq hüquqa, ədalətə, Azərbaycanın milli maraqlarına söykənir. Azərbaycanın bütün beynəlxalq təşkilatlarla əməkdaşlığı bu cürdür. Avropa Parlamenti də Azərbaycanla bağlı yanlış yolda olduğunu anladığından əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirib. Onsuz da Azərbaycanın beynəlxalq nüfuzu daha da artdıqca, qarşılıqlı əməkdaşlıqda maraqlarını lazımınca müdafiə etdikcə, ölkəmizlə bağlı qərəzli, ikili siyasətə söykənən, qərəzli mövqe nümayiş etdirən beynəlxalq təşkilatlar sonunda Avropa Parlamenti kimi barışıq elan edəcək.

- Sizcə, Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar, beynəlxalq aləmdə öz yerini möhkəmləndirməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi töhfələr verəcək?

- Bu, bir aksiomadır ki, nə qədər güclənirsənsə, bir o qədər də problemlərini həll edə bilirsən. Azərbaycan bütün gücünü ona yönəldib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq prinsiplər çərçivəsində, ölkəmizin ərazi bütövlüyü qorunmaqla həll edilsin. Bu prinsip dəfələrlə bəyan edilib və bundan kənar hər hansı güzəştdən söhbət gedə bilməz. Azərbaycanın xarici siyasətinin uğurunun tərkibi kimi qeyd etmək olar ki, bir çox xarici dövlətlərin parlamentlərində Dağlıq Qarabağ münaqişəsinə dair qərarlar qəbul edilib, beynəlxalq təşkilatların bəyanatları var. Artıq İslam Əməkdaşlıq Təşkilatında münaqişə ilə bağlı kontakt qrupu fəaliyyətə başlayır. Avropa Parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirən bəyanat verilib. Ancaq bunlarla paralel, təəssüf ki, beynəlxalq birliyin münaqişənin ədalətli həllinə təsir rıçaqları yetərli deyil. 20 ildən artıqdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmirsə, demək təsir mexanizmi olduqca zəifdir. Niyə işğalçı Ermənistana sanksiyalar tətbiq edilmir? Niyə ATƏT-in Minsk Qrupu bəyanatlarında tərəfləri qarşılıqlı güzəştlərə çağıran fikirlərə intensiv rast gəlirik? Torpaqları işğal olunan Azərbaycandır, ancaq Ermənistanla eyni güzəştə dəvət edilir. İş o yerə çatıb ki, hətta prezident İlham Əliyev müşavirədə bəyan edib ki, bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, Azərbaycana nə qədər təzyiqlər göstərilir ki, ölkəmiz Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Amerikanın dövlət katibi Con Kerrinin son bəyanatına diqqət yetirin. Gülməlidir, məntiqsizdir, heç bir beynəlxalq prinsipə sığmır. Bu, Ermənistana dolayısı ilə dəstək verməkdir. Azərbaycanla Ermənistanı necə bərabər günahlandırmaq olar? Con Kerrinin bu bəyanatında erməni lobbisinin izləri açıqca görünür. Bir şeyi anlamalıdırlar ki, Azərbaycan ərazi bütövlüyünə zərrə qədər təsir edəcək güzəştlərə getməyəcək. Bu, birmənalıdır. Hər bir işin sonu olduğu kimi danışıqların da bir sonu olacaq. Aprel hadisələri göstərib ki, Azərbaycan münaqişəni hərb yolu ilə də həll etmək iqtidarındadır. Və bu hadisələrdə beynəlxalq təşkilatlar, xarici dövlətlərin əksəriyyəti Azərbaycanın maraqlarına uyğun mövqe tutublar. Əslində, bizim diplomatiyamızın uğuru budur ki, əgər sabah münaqişənin həlli üçün müharibə başlasa, Ermənistan meydanda tək qalacaq.

- Dövlətimiz yürütdüyü daxili və xarici siyasətlə böyük güclərin ikili standartlar siyasətinə qalib gələ biləcəkmi?

- Bir ölkənin uğuru xalq və dövlət münasibətlərindəki səmimiyyət, sıx bağlılıqdır. Azərbaycan dövlətinin yürütdüyü daxili və xarici siyasətin nəticəsidir ki, bu yaxınlarda keçirilən referendumda xalq dövlət başçısına, onun siyasətinə dəstək olub. Xalq-hakimiyyət birliyi dövlətə güc verir ki, ikili standartlara qarşı aktiv mübarizə aparsın, təhdidləri dəf edə bilsin. Azərbaycan dövləti heç zaman imkan verməyəcək ki, dırnaqarası demokratiyanı təcrübədən keçirməklə özlərinə sərf edən həyat tərzini yeritsinlər. Ölkədə güc hesabına xalqın iradəsini, istəyini nəzərə almamağa imkan verilməyəcək. Əslində, Azərbaycan prezidentinin ikili standartlara qarşı sərgilədiyi sərt mövqeyi ölkənin hər bir vətəndaşının hüququnun qorunmasına hesablanıb. Çünki Azərbaycan dövləti, onun prezidenti haqsızlığa qarşı mübariz olmasa, sabah Azərbaycanın hər bir vətəndaşının hüququ pozulacaq. Dövlət başçısı son müşavirədə bunu hegemon ölkələrə, beynəlxalq təşkilatlara Azərbaycanın prinsipial mövqeyini bir daha xatırladıb. Bu mövqe beynəlxalq hüquqa, ədalətə, Azərbaycanın milli maraqlarına söykənib.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12

Banka borcu var idi, intihar etdi

29 Mart 2017 23:12

Təsir gücü bitkilərdən də üstün olan göbələklər

29 Mart 2017 23:12

Heyvanlar da yuxu görür?

29 Mart 2017 23:12

Sabiq turizm naziri həbs olundu - FOTO

29 Mart 2017 23:08

Dodaqlarda yaşayan qorxunc virus

29 Mart 2017 23:05

Banka borcu olan kişi özünü öldürdü - Şəkidə

29 Mart 2017 23:04

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

29 Mart 2017 22:57

Ağcabədidə 13 yaşlı məktəbli qızı qaçırdılar - CİNAYƏT

29 Mart 2017 22:53

Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

29 Mart 2017 22:52

Colidən növbəti xeyirxah addım

29 Mart 2017 22:52

Hava limanına Ronaldonun adı verildi - FOTO

29 Mart 2017 22:43

"Fərat Qalxanı" əməliyyatı başa çatdı -

29 Mart 2017 22:43

Yeni evlənən cütlük hamının gözü qarşısında mübahisə etdi

29 Mart 2017 22:42

Misin insan orqanizmində rolu

29 Mart 2017 22:37

Ayaqqabı ayağınızı sıxırsa... - ÇARƏ

29 Mart 2017 22:37

Türkiyə Booking.com-u bağladı

29 Mart 2017 22:34

Şəmkirdə yaşayış evində partlayış baş verib -

29 Mart 2017 22:28

Hiperaktiv uşaqların davranışı belə olur- ƏLAMƏTLƏR

29 Mart 2017 22:27

Booking.com saytının fəaliyyəti Türkiyədə dayandırıldı

29 Mart 2017 22:27

Müğənni və sevgilisi romantik gəzintidə - FOTO

29 Mart 2017 22:22

Kənan və Dəniz 20 il əvvəl - FOTO

29 Mart 2017 22:22

Futbolçunun həyat yoldaşı onu klub və millidən uzaqlaşdırmağı xahiş edir - QİSAS

29 Mart 2017 22:22

SƏPGİLƏR əleyhinə evdə hazırlanılan KREM

29 Mart 2017 22:12

Aktrisa doğumdan sonra ilk dəfə - FOTO

29 Mart 2017 22:12

Avropada ən böyük yaşayış evi satılıb

29 Mart 2017 22:12

"Fərat qalxanı" əməliyyatı başa çatdı

29 Mart 2017 22:08

Rusiya, İran və Suriya hərbi cinayətlərdə ittiham edildi

29 Mart 2017 21:59

Bakıda yanğın olub

29 Mart 2017 21:57

Müsəlman idmançıdan Trampa məktub:

29 Mart 2017 21:57

"YouTube"da uşaqlar üçün təhkükəli videolar yayılıb - Valideynlərə xəbərdarlıq!

29 Mart 2017 21:52

Davud Güloğlu yeni filmə çəkilib - FOTO

29 Mart 2017 21:52

Məşhur aparıcının yeni iş yeri bəlli oldu

29 Mart 2017 21:47

Şou-biznesin məşhur simaları bu evlərdə yaşayır - SİYAHI - FOTO

29 Mart 2017 21:37

Adriana Lima Türkiyədə podiuma çıxacaq

29 Mart 2017 21:37

Bakıda bir nəfəri öldürüb, digərini yaralayan şəxs barədə məhkəmə qərar verib

29 Mart 2017 21:32

Azərbaycan millisi Moldovaya şans vermədi

29 Mart 2017 21:29

Çirkli hava beyini kiçildir - Qarşısını almaq üçün nə etməli?

29 Mart 2017 21:28

Türkiyənin qərbi silkələndi - 4,5 balla

29 Mart 2017 21:27

"Ozancan Türkiyə millisində oynaya bilər" - "Bursaspor" rəsmisi

29 Mart 2017 21:27

Qadının gözündən 8 sm-lik qurd çıxarılıb

29 Mart 2017 21:22

Yol polisindən sürücülərə: İngilis və rus dilini öyrənin

29 Mart 2017 21:22

Yazda hansı xəstəliklər üzə çıxır?

29 Mart 2017 21:22

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

29 Mart 2017 21:21

Sabiq prokurorluq əməkdaşının məhkəməsi başladı

29 Mart 2017 21:19

Azərbaycan Moldovanı darmadağın etdi

29 Mart 2017 21:17

"Böyük bir klubla müqavilə imzaladım" - Millimizin futbolçusu

29 Mart 2017 21:17