Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxılıblar

Dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxılıblar

Date: 12 October 2016 12:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vasif Çərkəzov və 1987-ci il təvəllüdlü Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və hər iki təqsirləndirilən şəxs şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşın pulunu alaraq dələduzluq ediblər. Onlar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham ediıiblər.

Milli.Az


Tags:  Dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxılıblar

RƏYLƏR


Top news