FİFA Norveç yığmasının futbolçusu və məşqçisinə Azərbaycanla oyundan sonra hakimə etiraz etdikləri üçün intizam işi açıb

FİFA Norveç yığmasının futbolçusu və məşqçisinə Azərbaycanla oyundan sonra hakimə etiraz etdikləri üçün intizam işi açıb
12:32 12 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ FİFA Norveç milli komandasının futbolçusu Ule Selnesə qarşı intizam iş açıb.
"Report"un məlumatına görə, buna 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Bakı Olimpiya Stadionunun tunelində israilli yan xətt hakimlərindən biri ilə mübahisəsi səbəb olub.
Selnes Norveç Futbol Federasiyasının rəsmi saytına verdiyi açıqlamada paltardəyişmə otağına gedən yolda hakimə "Siz hər şeyə fit çalırdınız" dediyini bildirib: "Mən bundan başqa heç nə deməmişəm. Orada başqa insanlar da var idi. Tunel səs-küylü idi, rəqib oyunçular, stadion işçiləri və digər şəxslər qələbəni qeyd edirdilər. Ona görə hər deyilən sözə mən məsuliyyət daşıya bilmərəm".
Oyunun baş hakimi Liran Liani futbolçuya qırmızı vərəqə göstərib və bunu matçın protokolunda da qeyd edib. Lakin FİFA məsələ araşdırılanadək cəzanı qeydə almayıb və Selnesə ötən gün San Marinoya qarşı oynamaq icazəsi verib.
Ali futbol qurumu Norveç yığmasının köməkçi-məşqçisi Martin Foystona qarşı da hakimlə mübahisəyə görə intizam araşdırmasına başladıb. Foyston ifadəsində dördüncü hakimə təşəkkür etmək üçün yaxınlaşdığını, lakin ona "Aralı dur" xahiş edildiyini söyləyib.
Qeyd edək ki, FİFA məsələyə oktyabrın 27-də baxacaq. NFF isə oktyabrın 17-dək dəlil və sübutlarını ali futbol qurumuna təqdim etməlidir.      

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fi-fa-norvec-yigmasinin-futbolcusu-ve-mesqcisine-azerbaycanla-oyundan-sonra-hakime-etiraz-etdikleri-u

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR