Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

15 ildən sonra səfərdə qol

15 ildən sonra səfərdə qol

Date: 12 October 2016 12:32

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanın rəqibi olan San-Marino yığması tarixi qolunu vurub. 

Milli.Az Report-a istinadən xəbər verir ki, C qrupunda mübarizə aparan "cırtdan ölkə" komandası 15 il sonra yenidən dünya çempionatının seçmə qrup mərhələsinin səfər görüşündə fərqlənib.

Bu, oktyabrın 11-də Norveçlə səfər oyununa təsadüf edib. 54-cü dəqiqədə Mattia Stefanelli komandasının yeganə qolunun müəllifi olub.

Cari mövsümün ilk oyununda evdə Azərbaycana 0:1 hesabı ilə məğlub olan San-Marino yığması mundialda sonuncu səfər qolunu DÇ-2002-nin seçmə qrup mərhələsində aprelin 25-də Latviyaya vurub.

Qeyd edək ki, San-Marino dünya çempionatının seçmə mərhələləri tarixində ilk qolunu 1992-ci ildə Türkiyəyə vurub.

Milli.Az


Tags:  ildən sonra səfərdə qol

RƏYLƏR


Top news