Günel Hümbətovanı 20 kiloqram arıqladan pəhrizi

Günel Hümbətovanı 20 kiloqram arıqladan pəhrizi
12:36 12 Oktyabr 2016
182 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Günel Hümbətova 20 kiloqram arıqlayıb.
 
Axşam.az-ın məlumatına görə, ana olduqdan sonra çəkisi 72 kiloqrama qalxan aparıcı hazırda 52-yə düşüb.

O, arıqlama sirrini izləyiciləri ilə bölüşüb:

“Bu gün səhər tərəzidəki rəqəmləri görəndən çox xoşbəxtəm. Bacardım... İradəmə görə özümü gözəl yeməklərlə mükafatlandırdım. Amma mədəm kiçildiyi üçün çox yemək mümkün deyil. Kök olanda da xoşbəxt idim. Hamı eyni olmaq məcburiyyətində deyil. Necəliyindən asılı olmayaraq özünü sevmək lazımdır. Güzgünün qarşısına keçib özünə xoş sözlər də demək lazımdır. Çünki biz qadınların əhvalı, ruh halı, xoşbəxtliyi, sevilən olması buradan başlayır. Bəs onda niyə arıqlamaq istədim? Çünki qarşıma məqsəd qoydum. Hər şeydən qədərində yeməklə arıqladım. Müxtəlif masajlar etdirdim, idmanla məşğul olmağı sevmirəm, tennis oynadım, beləcə, dərim sallanmadı və sellülitlərdən azad oldum. Hazırda isə pilateslə məşğul olmağa qərar vermişəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR