Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sabah da hava yağışlı olacaq

Sabah da hava yağışlı olacaq

Sabah hava necə OLACAQ? (18 Mart 2017 12:43)
Hava yağmursuz olacaq (13 Mart 2017 12:37)
Sabah buludlu, küləkli, yağmursuz hava olacaq (09 Mart 2017 12:09)

Tarix: 12 Oktyabr 2016 12:38

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 13-də paytaxt və yarımadada bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, oktyabrın 12-13-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.


Teqlər:  Sabah hava yağışlı olacaq



RƏYLƏR


Top xəbərlər