Rusiyalı nazir müavini: "Azərbaycanlılarla problemimiz yoxdur"

Rusiyalı nazir müavini: "Azərbaycanlılarla problemimiz yoxdur"
12:47 12 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiyaya işləmək və istirahət etmək məqsədilə gələn Azərbaycan vətəndaşları ilə münasibətlərdə heç bir problem yaşanmır".

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy deyib. Onun sözlərinə görə, MDB-nin yaradılmasından keçən 20 ildən artıq müddətdə ölkələr arasında mədəni anlaşma formalaşıb.

O əlavə edib ki, MDB-nin Miqrasiya Xidmətləri Birliyə üzv olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacaq: 

"Bu gün MDB vətəndaşlarının bu və ya digər ölkəyə getməsi rejimlərinin sistemləşdirilməsi üzrə qarşımızda ciddi problem dayanır. Ona görə də bu gün birliyə üzv olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacağıq.

Hüquq-mühafizə orqanlarının rəhbərləri kimi, biz başa düşməliyik ki, hökumətlərarası, dövlətlərarası razılaşmalarda əks olunan bütün qərarlar başqa ölkənin qanunlarının tələblərinə hörmət şəraitində, sakit mühitdə həyata keçirilməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR