DİN Abşeronda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Abşeronda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb
12:52 12 Oktyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Abşeronda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb
"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Abşeron rayonunun Qobu qəsəbəsindən qəsəbə sakini Rövşən Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.
Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Tural Əlizadə tutulub. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı tüfəng və patron götürülüb.
Araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/di-n-abseronda-bas-veren-qetl-hadisesi-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR