Deputat qızı ondan yazanlara SÖYÜŞ QOYDU

Deputat qızı ondan yazanlara SÖYÜŞ QOYDU
12:53 12 Oktyabr 2016
78 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Aygün Səmədzadə ondan yazı yazan jurnalistlərə söyüş qoyub.

Publika.az xəbər verir ki, xanım bəstəkar İnstaqram səhifəsində nəfəs dərmədən özünə təriflər yağdırıb. Eyni zamanda ad çəkmədən sevməyənlərinin ünvanını daşlayıb:

“Məndən verilişlə bağlı şəkillərimi istəyiblər. Mənsə albomlarımı vərəqləyib, bu nəticəyə gəldim ki, indi “Məktəb illəri”ndən daha cavanam. Hələ ki, öz hesabıma, həyatda olan sevgilər hesabına. İstifadə etdiyim krem, maskaların hesabına və ən əsası başqalarının iç həyatıyla qətiyyən maraqlanmadığıma görə.

Onu da deyim ki, nə dodaqlarımı arı sancıb, nə də yanaqlarımı. Bir az arıqlasam, onda da bəzilərinin gözünə girməz. Özümdən çox o adamlara görə narahatam. Onu da deyim ki, burda paylaşdığım 900-dən artıq şəklin bəlkə də 20-də makiyajdayam, bu da sadəliyin və özgüvənin nümunəsi ola bilər. Yazdıqlarım ünvansız. Sadəcə “beqovoy dorojka”ya cixmaq üçün özümdə ruh yüksəkliyi yaradıram. Bundan xəbər düzəldəni söymüşəm”.

Asya


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/171871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR