“Azərbaycanda 1 ildə qazandığım pulu, Türkiyədə 32 ilə qazana bilmədim”

“Azərbaycanda 1 ildə qazandığım pulu, Türkiyədə 32 ilə qazana bilmədim”
12:57 12 Oktyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Yunan-roma güləşi üzrə milli komandamızın sabiq baş məşqçisi Salih Bora ölkəmizdə keçirdiyi günləri xatırlayıb. Fanat.Az xəbər verir ki, “Fanatik”ə danışan türkiyəli mütəxəssis Azərbaycanla vətənini müqayisə edib.


Azərbaycanda yaxşı qazancım oldu. Azərbaycanda 1 ildə qazandığım pulu, Türkiyədə 32 ilə qazana bilmədim! Çünki orada oturuşmuş bir sistem var. Bunları söyləyərkən, pul üçün yalnız pul üçün etdiyimi düşünməyin. 8 milyonluq Azərbaycanda 20 Olimpiya Kompleksi var. Türkiyədə isə 1 dənə də yoxdur. 4 il öncə Rəcəb Tayyip Ərdoğan baş nazir olan zaman, həmin vaxtın İdman Naziri Suat Klıça təlimat verdi, tikilsin deyə. Ancaq bir mismar belə vurmadılar”. 


Qeyd edək ki, Bora 2011-2012-ci illərdə millimizə rəhbərlik edib. Onun dönəmində, “klassiklər”imiz London Olimpiadasında 1 gümüş və 1 bürünc medal qazanıb.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanda-1-ild-qazandm-pulu-turkiyd-32-il-qazana-bilmdim-t53293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR