Çexiya-Azərbaycan: Şeydayevin ilki, 3 dəqiqəyə 3 səhv

Çexiya-Azərbaycan: Şeydayevin ilki, 3 dəqiqəyə 3 səhv
12:57 12 Oktyabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Ramil Şeydayevin "Jilina"da növbəti qolu - VİDEO (29 Aprel 2017 13:17)
Ramil Şeydayevin yeni komandası müəyyənləşdi (10 Fevral 2017 10:09)

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 3-cü oyununu səfərdə Çexiyaya qarşı keçirən millimiz bu sınaqdan da üzüağ çıxdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, San-Marino və Norveçə qalib gələn yığmamız çexlərlə qolsuz bərabərliyə imza atdı.

Biz isə Ostravada meydana çıxan milli üzvlərinin çıxışını dəyərləndirdik. Beləliklə...
 
Kamran Ağayev - Seçmə mərhələdə "keçilməz sədd"ə çevrilən Kamran uğurlu seriyasını bu görüşdə də davam etdirdi. Birmənalı şəkildə onu yığmamızın heyətində ən yaxşılardan adlandırmaq olar. Oyunboyu sayıqlığını itirməyən Ağayev arada komanda yoldaşlarına əsəbləşərək, boşluq verməmələrini tələb edirdi. Qapısında ilk ciddi təhlükəni 29-cu dəqiqədə hiss etdi. Onda da rəqib futbolçunun zərbəsini ustalıqla zərərsizləşdirdi. Fasilədən sonra da Kamran öz ampluasında idi. 79-cu dəqiqədə düzgün mövqe seçimi ilə çexlərin real qol şansını əngəllədi. Yalnız bir dəfə çarəsiz qaldı ki, onda da hakim ev sahiblərinin ofsayddan fərqləndiyini əsas gətirərək, qolu hesaba almadı.
 
Maksim Medvedev - Əsl mövqeyi sağ "bek" olan müdafiəçi Norveçlə oyunda olduğu kimi, bu görüşdə də müdafiənin mərkəzində yer almışdı. Buna baxmayaraq, verilən tapşırığın öhdəsindən gəlməyi bacardı. Ən azı, digər komanda yoldaşları kimi, sona qədər döyüşdü.
 
Bədavi Hüseynov - Rəşad Sadıqovun yoxluğunda baş məşqçi Robert Prosineçki zədədən yeni qayıdan Bədavi Hüseynova şans vermişdi. Əvvəlki formasını tam bərpa etməyən arxa xətt oyunçusu oyun praktikasının azlığını hiss etdirmədi.
 
Məhəmməd Mirzəbəyov - 90 dəqiqə ərzində irəliyə nadir hallarda atıldı. Ərazi üstünlüyü çexlərin tərəfində olduğundan, Mirzəbəyov bütün diqqətini müdafiə olunmağa yönəltmişdi. Kobud səhvə yol verməyən Məhəmməd əlahiddə bir şeylə də yadda qalmadı.
 
Arif Daşdəmirov - Əks cinahdakı komanda yoldaşı Mirzəbəyovla müqayisədə, daha aktiv idi. Xüsusilə, ikinci hissədə hücuma çıxmaqdan çəkinmirdi. Belə epizodların birində Ramil Şeydayevi hava ötürməsi ilə təmin etsə də, sonuncu qol şansından yararlana bilmədi.
 
Qara Qarayev - Norveçlə oyunda komandanın ən yaxşılarından olan Qara bu dəfə özünə bənzəmədi. Oyuna "düşməkdə" çətinlik çəkən gənc yarımmüdafiəçi matçın startında həyəcanını boğa bilmirdi. Təsadüfi deyil ki, "Qarabağ"ın futbolçusu ilk 3 dəqiqə ərzində meydanın yığmamıza aid hissəsində düz 3 dəfə yanlış ötürmə verdi. Xoşbəxtlikdən, top itkiləri millimizə ciddi problem yaratmadı. Fasilədən sonra toparlanmağa çalışsa da, Qaranın bu görüşü potensialından aşağı səviyyədə keçirdiyini söyləmək olar. 
 
Rahid Əmirquliyev - Ötən oyunla müqayisədə, bu dəfə Rahidin üzərinə daha çox yük düşürdü. Bu da əbəs deyildi. Axı Rəşad Sadıqovun yoxluğunda millimizi meydana kapitan sarğısında məhz Əmirquliyev çıxarmışdı. Oyunboyu daha çox müdafiəçilərə kömək etdiyindən, hücum qurmaq mənasında, heç nə ilə yadda qalmadı.
 
Dmitri Nazarov - Kamran Ağayevlə yanaşı, Çexiya ilə matçın ən yaxşısıdır. Nazarovun millimizə faydalı oyunçu olmağı bu görüşdə də öz təsdiqini tapdı. Çexiya yığmasının təzyiq yaratdığı bir vaxtda Dima millimizə foullar qazandırmaqla, matçın tempini aşağı salırdı. İlk hissənin sonunda əla ötürmə ilə Ruslan Qurbanova boş zona versə də, sonuncu bu şansdan düzgün istifadə etmədi. 62-ci dəqiqədə yenidən diqqət mərkəzinə düşdü. Bir dəqiqə içində iki dəfə çexiyalı futbolçuları aldadan Nazarov ikinci hərəkətindən sonra uzaq məsafədən qapıya zərbə vurdu. Lakin həmin epizodda qolkiper topu uzaqlaşdırmağı bacardı.
 
Namiq Ələsgərov - Texnikalı futbolçu olsa da, "Qarabağ"dakı oyun praktikasının azlığı bu görüşdə açıq-aşkar hiss olundu. Düzdür, əksər epizodlarda topu özündə saxlamağı bacarırdı, onu asanlıqla itirməməyə çalışırdı. Amma hücum qurmaq, sürətli cinah reydi etmək mənasında, heç nə ilə yadda qalmadı. 34-cü dəqiqədə millimizin cərimə meydançası həndəvərində foul etdi ki, bu, komandamıza baha başa gələ bilərdi. İkinci hissədə gözdən itdiyindən, Prosineçki onu 70-ci dəqiqədə Ağabala Ramazanovla əvəzlədi.
 
Ruslan Qurbanov - Prosineçkinin sevimli futbolçularından olan Qurbanov yenə ilk "11-lik"də meydana çıxmışdı. İnsafən, o da komanda yoldaşları kimi sona qədər "döyüşdü", bütün gücünü ortaya qoydu. 14-cü dəqiqədə sonluğu olmayan reyd etməsi ilə yada düşdü. Hissənin sonunda Nazarovun ağıllı ötürməsindən sonra mərkəzə doğru çəkilib qapıya zərbə vursa da, rəqib müdafiəçi həmlənin qarşısını kəsdi. İkinci hissədə bütün diqqətini sol "bek" Arif Daşdəmirova kömək etməyə yönəltmişdi.
 
Ramil Şeydayev - Prosineçkinin ilk dəfə start heyətində şans verdiyi Şeydayevin oyununu qənaətbəxş saymaq olar. Düzdür, meydanda olduğu müddətdə yüksək səviyyəli bir şey etmədi. Amma matçı zəif də keçirmədi. Əvvəlcə ilk 6 dəqiqədə 2 dəfə hava mübarizəsindən qalib ayrıldı. Fasilədən sonra, konkret olaraq, 60-cı dəqiqədə Arif Daşdəmirovun hava ötürməsindən sonra başla zərbə vursa da, həmlənin qarşısını rəqib müdafiəçi kəsdi. 69-cu dəqiqədə mərkəzdə topu "oğurlayaraq", irəli şığıdı. Lazımi anda zərbə vurmaq əvəzinə rəqibin cərimə meydançasına bir qədər də daxil olmaq istədi. Nəticədə çexiyalı müdafiəçi özünü yetirərək, topu ondan aldı. Təcrübəsizliyi açıq-aşkar hiss olunur.
 
Ağabala Ramazanov - 70-ci dəqiqədə oyuna qoşulan Ağabala meydanda olduğu müddətdə 1 hərəkəti ilə yadda qaldı. Çexiyalıların millimizi sıxdığı bir məqamda Ramazanov fərdi ustalığı hesabına komandamıza korner qazandırdı ki, bu da arxa xəttin nəfəsini dərməyə imkan yaratdı.
 
Araz Abdullayev və Eddi İsrafilov - Müvafiq olaraq, 86 və 90-cı dəqiqələrdə meydana daxil olan bu futbolçuların çıxışına qiymət vermək isə mənasızdır. 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Valideynlər övladlarını belə yamsıladılar - FOTO

26 İyun 2017 07:37

"Türkiyədən təklif almışdım, amma..."

26 İyun 2017 07:32

Çimərlikdə köpək balığı göründü - İnsanlar təxliyə edildi

26 İyun 2017 07:23

Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? - SİYAHI

26 İyun 2017 07:22

Sakit okeanda zəlzələ baş verdi -

26 İyun 2017 07:20

"Qalatasaray"ın futbolçusu: "Fənərbağça"nın qapısına mütləq qol vuracam"

26 İyun 2017 07:17

Dünyanın ən heyrətamiz çimərlikləri - FOTO

26 İyun 2017 07:12

Yəməndə üsyançılar məsciddəki şəxslərə atəş açıblar: ölənlər və yaralananlar var

26 İyun 2017 07:07

Pəhriz saxlayanlar üçün kəsmikli bulka - RESEPT

26 İyun 2017 07:05

ABŞ-da 32 il qabaq həbsxanadan qaçan məhbusu tutulub

26 İyun 2017 06:50

Daşkəsən sakini bıçaqlandı

26 İyun 2017 06:43

Köhnə dəyirmanda ev - FOTO

26 İyun 2017 06:32

İŞİD tərəfdarları Ohayo ştatının hökumətinin saytlarını dağıdaraq Trampı hədələyiblər

26 İyun 2017 06:22

Pakistanda yanğın qurbanlarının sayı artdı

26 İyun 2017 05:59

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 05:55

Tovuzda 29 yaşlı oğlan alkoqoldan zəhərləndi

26 İyun 2017 05:48

Xorvatiya dağlarında qara ev - FOTO

26 İyun 2017 05:32

Meksikada silahlılar 4-ü uşaq olmaqla 11 nəfəri qətlə yetirib

26 İyun 2017 05:17

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 05:15

Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi -

26 İyun 2017 05:12

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatdı

26 İyun 2017 04:53

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34