“Dünya müharibəsinin kandarındayıq, ABŞ və Rusiya” – Türkiyədən XƏBƏRDARLIQ

“Dünya müharibəsinin kandarındayıq, ABŞ və Rusiya” – Türkiyədən XƏBƏRDARLIQ
13:08 12 Oktyabr 2016
119 Dünya
Ölkə mətbuatı
A- A+

“Dünya Suriyadakı hadisələrə görə regional və ya dünya müharibəsinin kandarındadır”.

Publika.az xəbər verir ki, bu xəbərdarlığı “Anadolu” agentliyinə müsahibəsində Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

“Üçüncü güclərin əli ilə aparılan istənilən müharibə başa çatır. Bu cür döyüşlərin limiti çoxdan bitib. Daha dəqiq söyləyim, artıq Amerika ilə Rusiya döyüşəcək nöqtəyə gəlib. Bu, o deməkdir ki, biz regional, ya da dünya müharibəsinin kandarındayıq”, - o, bildirib.

Baş nazirin müavini vurğulayıb ki, Suriya suriyalılara aiddir: “Biz Suriya xalqına ölkəni necə idarə etməyi öyrətməməliyik. Bunu nə Bəşər Əsəd rejimi, nə Amerika, nə Rusiya, nə də İran etməlidir. Bu qərarı Suriya xalqı qəbul etməlidir”.

Numan Kurtulmuş Suriya rejiminin də üçüncü güclərin əli ilə döyüşdüyünü və bir alət olduğunu vurğulayıb.

“Suriya rejimi bu döyüşdə piyadalardan biridir. Onu dəstəkləyən güclər də bu döyüşün uzun müddət davam etdirilməsinin mümkün olmadığını görürlər. Rejim bütün suriyalıları tək-tək öldürə bilmədiyi üçün Əsədin uzlaşma nöqtəsinə gəldiyi qənaətindəyəm. Amma problem budur: Suriya xalqı bu qədər əliqanlı bir diktatorla, əliqanlı bir rejimlə uzlaşa bilərmi?” – o, deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR