Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda güclü yağış yağacaq - xəbərdarlıq

Bakıda güclü yağış yağacaq - xəbərdarlıq

Date: 12 October 2016 13:11

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Axşam.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 13-də paytaxt və yarımadanın bəzi yerlərində yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə sti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, oktyabrın 12-13-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.


Tags:  Bakıda güclü yağış yağacaq xəbərdarlıq

RƏYLƏR


Top news