Yağış yağacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq - XƏBƏRDARLIQ
13:12 12 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 16-20, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Oktyabrın 13-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Xəbərdarlıq
Oktyabrın 12-13-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR