Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Oyunlarının açılışında terror barədə yalan məlumat verən şəxsin kassasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlanıb

Avropa Oyunlarının açılışında terror barədə yalan məlumat verən şəxsin kassasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlanıb

Date: 12 October 2016 13:27

Bakı. 12 oktyabr. REPORT.AZ/ Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Aydın Xudiyevin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlanıb.
"Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas oktaybrın 13-nə təyin edilib.
İşə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittiham aktına əsasən, 1960-cı il təvəllüdlü A.Xudiyev 2015-ci il iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112 - qaynar xətt" xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.
Bu il aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Xudiyev apellyasiya şikayəti verib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsində, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə A.Xudiyevin vəkili çıxış edib. Vəkil cinayət işinin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət verib. Lakin vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib.
Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.

Tags:  Avropa Oyunlarının açılışında terror barədə yalan məlumat verən şəxsin kassasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlanıb

RƏYLƏR


Top news