Makkarti: "Ermənilər Osmanlıda beşinci kolon idilər"

Makkarti: "Ermənilər Osmanlıda beşinci kolon idilər"
13:27 12 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Osmanlı imperiyasının rəhbərliyinin 1915-ci ildə ermənilərin yaşayış yerlərini dəyişdirməsi üçün tutarlı səbəbləri olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin Sakarya şəhərində keçirilən "Erməni məsələsi" konfransında çıxışı zamanı amerikalı tarixçi Castin Makkarti söyləyib. Onun sözlərinə görə, Osmanlı heç bir zaman ermənilərə qarşı soyqırım planlaşdırmayıb:
 
"Biz bunu çox yaxşı bilirik. Ölkə rəhbərliyi dövləti qorumaq istəyirdi. Ermənilər o zaman müsəlmanlar üçün böyük təhlükə kəsb edirdilər. Ermənilər onlara hücumlar edir, öldürürdülər. Onlar rus ordusunun davamçılarına çevrilmişdilər. Mən ermənilər haqqında danışarkən xalqın üsyan qaldırmış millətçi kəsimini nəzərdə tuturam. Bu xalq o zamanlar kənd təsərrüfatı ilə məşğul olurdu və elə məhz həmin millətçi ermənilər sadə əhalini narahat edir, qiyama qoşulmayacaqları təqdirdə onları öldürəcəklərini bəyan edirdilər. Ermənilər Osmanlı dövlətini satmışdılar və dövlətin də əlində sərt tədbirlər görməsi üçün kifayət qədər səbəb var idi. Osmanlı məhz onlara görə ruslarla savaşmaq yerinə daxilində müharibə aparırdı. Ermənilər Rusiyanın beşinci kolonu kimi fəaliyyət göstərirdilər. Bunun ən böyük nümunəsi isə Van rayonundakı fəaliyyətləri idi. Müharibə dövründə Osmanlı bir nəfər də olsun etnik ermənini edama məhkum etməyib. Erməni millətçiləri isə bunun əvəzində Osmanlını məhv etmək istəyirdilər və bunun üçün 100 ildən çox müddətdə ruslarla əməkdaşlıq ediblər". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR