Dövlət Komitəsindən Azərbaycana “FETÖ” siyahısının göndərilməsinə CAVAB

Dövlət Komitəsindən Azərbaycana “FETÖ” siyahısının göndərilməsinə CAVAB
13:28 12 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyədən Azərbaycana “FETÖ” təşkilatının üzvləri ilə bağlı müraciətlərin edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Komitəs sədri M.Qurbanlı Publika.az-a açıqlamasında deyib ki, Türkiyə çox geniş kütləvi informasiya vasitələrinə (KİV) malikdir: “Türkiyənin yüzlərlə mətbuat orqanı var. Ancaq bu mətbuat orqanlarında yayılan məlumatlara diqqətlə yanaşmaq lazımdır. Bizim üçün Türkiyədə rəsmi dövlət qurumlarının, rəsmi mətbuat orqanlarının və müraciətlərin yayılması əsasdır” .

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda “FETÖ”-ın uzantıları ola bilər: “Bununla bağlı araşdırmalar gedir. Müəyyən ədəbiyyatları və diskləri yayan şəxslər saxlanılıb. Bununla bağlı hüquq-mühafizə orqanları da işlərini davam etdirir. Amma bütövlükdə “FETÖ” ilə bağlı bu və ya digər araşdırmalar lazımdırsa, bunun dəqiqləşdirib sonra fikir bildirmək olar. Mən bununla bağlı Türkiyədən dövlət səviyyəsində məlumatların Azərbaycana daxil olması bilgilərinə malik deyiləm. Bu barədə Türkiyə mətbuatında yayılan məlumatları o zaman dəqiq hesab edərəm ki, bunu türkiyənin rəsmi qurumları yaymış olsun”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR