Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan: Avropada 4 komandadan biri

Azərbaycan: Avropada 4 komandadan biri

Date: 12 October 2016 13:37

"DÇ-2018"in seçmə mərhələsinə uğurlu start verən Azərbaycan hələ qapısında qol görməyib. San Marino üzərində səfərdə, Norveç üzərində evdə 1:0 hesablı qələbə qazanan millimiz rəqib meydanında Çexiya ilə qolsuz heç-heçəyə razılaşıb.


Fanat.Az xəbər verir ki, milli komandamız bu göstərici ildə Avropada 4 komandadan biridi. Belə ki, yığmamızdan başqa seçmə mərhələdə mübarizə aparan 54 komandadan yalnız 3-ü 3 turdan sonra qapısını toxunulmaz saxlayıb. Belə ki, Azərbaycanla yanaşı, Almaniya, İngiltərə və Belçika rəqib hücumçuların sevinməsinə imkan verməyib.


4 komanda arasında millimiz top fərqinə görə sonuncudu. Belə ki, yığmamız cəmi 2 dəfə fərqlənib - 2:0. Belçikada bu göstərici 13:0, Almaniyada 8:0, İngiltərədə 3:0-dı.


Fanat.Az


Tags:  Azərbaycan Avropada komandadan biri

RƏYLƏR


Top news