Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avropa Oyunlarının açılışında terrorla bağlı yalan məlumat verənin işi ALİ MƏHKƏMƏDƏ

Avropa Oyunlarının açılışında terrorla bağlı yalan məlumat verənin işi ALİ MƏHKƏMƏDƏ

Belarus İkinci Avropa Oyunları üçün fəaliyyət planını təsdiq etdi (24 Mart 2017 17:12)

Tarix: 12 Oktyabr 2016 13:39

Avropa Oyunlarının açılış mərasiminə yalandan bomba qoyulacağı ilə məlumat verməkdə təqsirləndirilən İctimai Birlik rəhbəri Aydın Xudiyev Ali Məhkəməyə kassasiya şikayəti verib.

 

Lent.az-ın məlumatına görə, iş artıq məhkəmənin hakimi İnqilab Nəsirovun  icraatına verilib. Kassasiya şikayətiu oktyabrın 13-də baxılacaq.

 

Xatırladaq ki, Bakı Apellyasiay Məhkəməsində Aydın Xudiyevin vəkili işin məhkəmə istintaqı ilə aparılmasını istəsə də, hakimlər bunu təmin etməyib. Bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib.

 

Qeyd edək ki, 1960-cı il təvəllüdlü A.Xudiyev 2015-ci il iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112 - qaynar xətt" xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.


Teqlər:  Avropa Oyunlarının açılışında terrorla bağlı yalan məlumat verənin işi ALİ MƏHKƏMƏDƏ



RƏYLƏR


Top xəbərlər