Psixiatr Nadir İsmayılov: “Maddi sıxıntılar insanların psixikasında ciddi narahatlıq yaradır”

Psixiatr Nadir İsmayılov: “Maddi sıxıntılar insanların psixikasında ciddi narahatlıq yaradır”
13:57 12 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dünyanın bir çox inkişaf etmiş ölkələrində insanlar demək olar hər ay psixoloq xidmətinə müraciət edirlər. Qeyri-rəsmi statistikaya görə, mövcud xəstəliklərin 80 faizindən çoxu insanın psixikası və sinir sistemində yaranan problemlərlə bağlıdır. Bəs Azərbaycanda vəziyyət necədi?
“Report” Azərbaycan Tibb Universitetinin (ATU) psixiatriya kafedrasının professoru, psixiatr-həkim Nadir İsmayılovun müsahibəsini təqdim edir:
- Azərbaycanda psixiatrlara müraciət edənlərin sayının az olduğunu deyirlər. Sizcə, bunun səbəbləri nə ilə əlaqədardır?
- Mən az olduğunu deməzdim. Mənim bəzən o qədər xəstəm olur ki, müraciət etdiyi gün onları qəbul edə bilmirəm. Hazırda Maştağadakı Psixi Sağlamlıq Mərkəzi 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var.
- Elədirsə, ən çox hansı problemlərlə sizə müraciət olunur?
- Son vaxtlar intihar hadisələri çoxalıb, depressiyaların sayı artıb. Həmçinin, stresslə əlaqədar olan xəstliklər – “psixosomatik xəstəliklər” adlandırılan qruplarda artım var. Lakin şizofreniya, epilepsiya xəstələrinin sayında artım müşahidə olunmur. Ümumiyyətlə, deməliyəm ki, cəmiyyətdə baş verən hadisələrin bu cür xəstəliklərin sayının artımına təsiri çox böyükdür.
- Qeyd etdiniz ki, intiharların sayı artır. Bunda psixoloji problemlər hansı rol oynayır?
- Əlimizdə rəsmi statistika olmasa da, yayılan xəbərlərdən, müxtəlif məlumatlardan intiharların sayının günü-gündən artdığını görürük. Bəlkə də əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artdığını deyə bilərik.
İntiharların əsas səbəbi ictimai problemlərlə bağlıdır - əhali arasında olan gərginlik, gərgin həyat rejimi və s. Məsələn, çox insanlar banklara borclarını qaytara bilmədiklərinə görə depressiyaya düşürlər. Bəzən ailə büdcəsi aşağı olan insanlar arzuladıqları həyat tərzini sürə bilmədiklərinə görə depressiyaya düşürlər, bu cür hallar onların psixikasına mənfi təsir göstərir. Yəni, əsasən maddi sıxıntılar insanların psixikasında ciddi narahatlıq yaradır.
Digər tərəfdən, ailə-məişət zəminində də intiharlar və xüsusilə qətl hadisələrinin də artdığını görürük. Bəzən internet, sosial şəbəkələr, mobil telefonların yaratdığı imkanlar ailə münaqişələrinə çevrilir. Fikir verin, 5 il əvvələdək ailə quranların yalnız bir neçə faizi ayrılırdı. İndi isə cütlüklər arasında boşananların sayı 30 faizə yüksəlib.
Bunların da hamısının psixoloji səbəbləri var. Araşdıranda, çox hissəsinin müasir yaşayış tərzinə və iqtisadi amillərə bağlandığını görürük.
- Bir mütəxəssis kimi depressiya, stressdən qorunmağın yolları barədə hansı məsləhətləri verərdiniz? Ümumiyyətlə, depressiyanı xəstəlik kimi qiymətləndirmək olarmı?
- Bu məsələdə ən önəmli məsələ düzgün rejimli həyat tərzidir. İnsan hər gün düzgün qidalanmalı, idman etməlidir. Həm fiziki, həm də mənəvi baxımdan istirahəti təmin etmək lazımdır, yəni kitab oxumaq, təmiz havada gəzmək vacibdir. Əks təqdirdə, bu dövrdə, belə bir şəraitdə, bu cür düzgün olmayan rejimlə stressə düşməmək mümkün deyil.
- İnternetdən danışdınız. İnternetin həm də gənclərin psixologiyasına mənfi təsirindən gileylənirlər. Bu fikirlər nə dərəcədə haqlıdır?
- Əlbəttə, internetin mənfi təsirləri mövcuddur. Təəssüf ki, bu məsələdə heç bir normaya əməl edilmir. Gənclər normadan qat-qat artıq internetdə olurlar, saatlarla, bəzən sutkalarla şəbəkədə vaxt keçirirlər. Uşaqlar üçün biz gündə 2 saatı norma kimi qəbul edə bilərik.
- Uşaqlarda psixoloji problemlərin daha dərin yaşandığını deyirlər. Valideynlər uşağın hansı yaşında diqqətli olmalıdırlar? Və uşağın davranışında nəyə diqqət olunmalıdır?
- Uşaqlarla məşğul olmaq psixologiyanın, pedaqogikanın böyük bir sahəsidir. Uşaq psixologiyası ilə təkcə biz psixiatrlar deyil – uşaq nevroloqları, psixoloqlar, pedaqoji işçilər, ictimai təşkilatlar, məktəblər də məşğul olurlar. Biz öz sahəmizə uyğun olaraq, uşaqda olan psixi narahatlığı aşkar edib müalicə etmək üçün psixo profilaktika aparılmasına, onlar üçün düzgün həyat rejiminin yaradılmasına diqqət yetiririk. Yəni uşaqarın sağlam böyüməsində hər kəs iştirak etməlidir, bu proses hərtərəfli aparılmalıdır.
- Psixologiya sahəsində kifayət qədər peşəkar kadrlar varmı, yetişdirilirmi?
- Kifayət qədər olduğunu deyə bilməsəm də, əminliklə deyə bilərəm ki, yaxşı kadrların yetişdirilməsi prosesi gedir. Mən özüm də tələbələrlə işlərə çox diqqətlə yanaşıram. Tədris prosesi üçün çox önəmli olan praktikalara cəlb edirəm.
- Bəzən deyirlər ki, dərmansız, sözlə sağalmaq mümkün deyil. Bu cür fikirlərə münasibətiniz necədir?
- Sözlə müalicə - təbabət elminin bir qolu olan psixoterapiyada mövcuddur. Mərkəzi sinir sisteminin bütün funksional xəstəlikləri, psixosomatik xəstəliklər daha çox psixoterapiya ilə müalicə olunan xəstəliklərdir. Ən azı 100-ə qədər sindrom və xəstəliklər var ki, onlar psixoterapiya ilə daha yaxşı müalicə olunur. Bu sahədə Bexterev, Freyd kimi tanınmış alimlərin adlarını çəkmək olar.
Təəssüf ki, son zamanlar bizdə psixoterapiyanın tədrisinə diqqət azaldılıb. Ümid edirəm ki, ATU-da bundan sonra bu məsələyə diqqət artırılacaq.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Kara yeni çanta reklamında - FOTO

01 May 2017 04:32

ABŞ-da güclü qasırğa: 7 ölü

01 May 2017 04:28

Bərdədə ev yandı

01 May 2017 03:54

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşdu - 2 ölü, 17 yaralı

01 May 2017 03:49

Məşhurlar neçə yaşında ana olub?

01 May 2017 03:49

Məşhur aktyor jurnal səhifələrində - FOTO

01 May 2017 03:32

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 03:29

Aralıq dənizində 5 miqrantın meyiti tapıldı

01 May 2017 02:33

Qardaşını itirmiş adam üçün təskinlik - FOTO

01 May 2017 02:32

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vuruldu

01 May 2017 01:48

Vladimir Putin Soçidə xokkey məşqi edib

01 May 2017 01:32

Şedevrli çantalar - FOTO

01 May 2017 01:32

Gəncədə yanğın oldu

01 May 2017 01:29

Goranboyda yol qəzası - Xəsarət alan var

01 May 2017 01:13

Köpək balığı qadına hücum edib

01 May 2017 01:08

Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

01 May 2017 01:07

Kriştian Ronaldonun adını ayağına tatu elətdirdi

01 May 2017 01:06

Bakıxanovda kişi və qadın döyüldü

01 May 2017 00:48

Kolumbiyada bina uçdu - 18 ölü

01 May 2017 00:39

Pis ruhları qovmağa çalışdılar və...

01 May 2017 00:38

Türkiyədə zəlzələ oldu

01 May 2017 00:28

Bakıda sürücü piyada keçidindən keçən kişi və qadını döyüb

01 May 2017 00:17

Qarpız doğrudan da möcüzədir!

01 May 2017 00:12

Astroloji proqnoz - 1 may

01 May 2017 00:08

Şimali Koreya sənəti - FOTO

01 May 2017 00:05

Erməni qızı Azərbaycana qarşı təxribatdan əl çəkmir

01 May 2017 00:05

Günün qoroskopu: köhnə əlaqələri bərpa etmək olar

01 May 2017 00:05

Erməni müğənninin Azərbaycanla bağlı yalanı

01 May 2017 00:04

İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir?

30 Aprel 2017 23:57

Sertifikasiyada hansı müəllimlər olacaq?

30 Aprel 2017 23:52

Yas saxlamaq olarmı?

30 Aprel 2017 23:52

"Terminator" qayıdır

30 Aprel 2017 23:50

Putin hokkey meydançasında məşq etdi - VİDEO

30 Aprel 2017 23:48

“Əl-Torqovı”da “ərəbləşən” restoranlar -FOTO

30 Aprel 2017 23:47

B4 vitamininin faydaları

30 Aprel 2017 23:47

Məşhur aktrisa "açarını itirdi"

30 Aprel 2017 23:44

"Müxalifətə hücumları dayandırın"

30 Aprel 2017 23:42

Xalq təbabəti nədir?

30 Aprel 2017 23:42

Kredit kartının borcunu vaxtında ödəməyən haram yeyir?

30 Aprel 2017 23:37

Gəlinin qohumları toya gələn qonağı bıçaqladı - ZƏRDABDA

30 Aprel 2017 23:33

Məşhur model Mayamini seçdi - FOTO

30 Aprel 2017 23:32

“Shamkir Chess 2017”-in bağlanış mərasimi oldu - FOTO

30 Aprel 2017 23:32

Dənizində 5 miqrantın meyiti tapılıb

30 Aprel 2017 23:29

Land Rover-dən yeni krossover - FOTO

30 Aprel 2017 23:27