Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Abşeronda baş verən qətlin təfərrüatı məlum olub

Abşeronda baş verən qətlin təfərrüatı məlum olub

Date: 12 October 2016 13:57

Bakı. 12 oktyabr. REPORT.AZ Abşeron rayonunun Qobu qəsəbəsində baş verən qətlin bəzi təfərrüatı məlum olub.
"Report"un məlumatına görə, 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.
Onlar "söhbət etmək" üçün kafedə görüşüb.
Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb.
O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.
T.Əlizadə cinayət məsuliyyətinə cəlb edilib, araşdırmalar davam etdirilir.

Tags:  Abşeronda baş verən qətlin təfərrüatı məlum olub

RƏYLƏR


Top news