Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Serj Sarqsyan hökumətin siyasətini tənqid edən Prezident Administrasiyası rəhbərinin müavininin istefasını qəbul edib

Serj Sarqsyan hökumətin siyasətini tənqid edən Prezident Administrasiyası rəhbərinin müavininin istefasını qəbul edib

Date: 12 October 2016 13:57

Bakı. 12 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Viktor Dəlləkyanın prezident aparatının rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, dünən V.Dəlləkyan keçirdiyi mətbuat konfransında Ermənistan Prezidenti Aparatının rəhbərinin müavini vəzifəsindən getdiyini və aktiv siyasətə qayıtdığını, eləcə də 2017-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
O, hökumətin həyata keçirdiyi daxili, xarici və iqtisadi siyasətlə razı olmadığını bildirib.

Tags:  Serj Sarqsyan hökumətin siyasətini tənqid edən Prezident Administrasiyası rəhbərinin müavininin istefasını qəbul edib

RƏYLƏR


Top news