Mübariz Qurbanlı: “Nardaran və Lənkəranda heç bir insident qeydə alınmayıb”

Mübariz Qurbanlı: “Nardaran və Lənkəranda heç bir insident qeydə alınmayıb”
14:08 12 Oktyabr 2016
386 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü Lənkəran və Nardaranda dindarların saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Publika.az xəbər verir ki, komitə sədri M.Qurbanlı yayılan məlumatları təkzib edib.

O deyib ki, Nardaran və Lənkəran camaatı öz dini ayinlərini sərbəst şəkildə icra edə bilirlər: “Nardaran sakinləri “Rəhiməxanım” ziyarətgahında toplaşıblar. Orada sərbəst şəkildə tədbirlərini keçirirlər. Elə həmin ziyarətgahda da qanvermə aksiyası keçirilir. Ona görə də Nardaranda və Lənkəranda heç birr problem yoxdur. Bu baxımdan da hüquq-mühafizə orqanlarının burada dini ayinlərin keçirildiyi yerlərə məxsusu cəlb olunmasına ehtiyac olmayıb. Hüquq-mühafizə orqanları adi rejimdə fəaliyyətlərini davam etdirir”.

Komitə sədri qeyd edib ki, bu cür yalan məlumatlar adətən sosial şəbəkələrdə yayılır: “Mən sosial şəbəkələrdə yayılan məlumatlara səhih məlumatlar kimi yanaşmağın tərəfdarı deyiləm. Sosial şəbəkə azad və sərbəst virtual məkandır. Bu məkanda hər kəs istədiyi məlumatı yaya bilir. Ona görə də bu cür məlumatları dəqiqləşdirmədən, araşdırmadan KİV-in məlumatı səviyyəsində yaymaq məntiqə uyğun deyil. Lənkəranda hər şey qanun çərçivəsində həyata keçirilir. Bu rayonda da məscidlərdə qanvermə aksiyaları təşkil olunub. Lənkranda məscidlərdən kənara çıxış halları müşahidə olunmayıb. Mən Lənkəran rəhbərliyi və bizim yerli şöbə ilə də əlaqə saxlamışam. Heç Lənkəranda da heç bir insident qeydə alınmayıb”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR