Norveçin məşqçi və futbolçusuna Azərbaycanla oyunsonrası hərəkətlərinə görə intizam işi açılıb

Norveçin məşqçi və futbolçusuna Azərbaycanla oyunsonrası hərəkətlərinə görə intizam işi açılıb
14:12 12 Oktyabr 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

FİFA Norveç milli komandasının futbolçusu Ule Selnesə qarşı intizam iş açıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi  Azərbaycan yığması ilə oyundan sonra Bakı Olimpiya Stadionunun tunelində israilli yan xətt hakimlərindən biri ilə mübahisə edib.

Selnes Norveç Futbol Federasiyasının rəsmi saytına verdiyi açıqlamada paltardəyişmə otağına gedən yolda hakimə "Siz hər şeyə fit çalırdınız" dediyini bildirib: "Mən bundan başqa heç nə deməmişəm. Orada başqa insanlar da var idi. Tunel səs-küylü idi, rəqib oyunçular, stadion işçiləri və digər şəxslər qələbəni qeyd edirdilər. Ona görə orada hər deyilən sözə mən məsuliyyət daşıya bilmərəm".

Oyunun baş hakimi Liran Liani futbolçuya qırmızı vərəqə göstərib və bunu matçın protokolunda da qeyd edib. Lakin FİFA məsələ araşdırılanadək cəzanı qeydə almayıb və Selnesə ötən gün San-Marinoya qarşı oynamaq icazəsi verib.

Ali futbol qurumu Norveç yığmasının köməkçi-məşqçisi Martin Foystona qarşı da hakimlə mübahisəyə görə intizam araşdırmasına başladıb. Foyston ifadəsində dördüncü hakimə təşəkkür etmək üçün yaxınlaşdığını, lakin ona "Aralı dur" xahiş edildiyini söyləyib.

Qeyd edək ki, FİFA məsələyə oktyabrın 27-də baxacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR