Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Komitə sədri “FETÖ” üzvləri barədə Azərbaycana müraciət olunması ilə bağlı məlumatlara münasibət bildirdi

Komitə sədri “FETÖ” üzvləri barədə Azərbaycana müraciət olunması ilə bağlı məlumatlara münasibət bildirdi

Date: 12 October 2016 14:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyədən Azərbaycana "FETÖ" təşkilatının üzvləri ilə bağlı müraciətlərin edilməsi barədə Türkiyə mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, komitə sədri deyib ki, Türkiyə mətbuat orqanlarında yayılan məlumatlara diqqətlə yanaşmaq lazımdır: "Türkiyə çox geniş kütləvi informasiya vasitələrinə (KİV) malikdir. Türkiyənin yüzlərlə mətbuat orqanı var. Bizim üçün Türkiyədə rəsmi dövlət qurumlarının, rəsmi mətbuat orqanlarının və müraciətlərin yayılması əsasdır".

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda "FETÖ"nün uzantıları ola bilər: "Bununla bağlı araşdırmalar gedir. Müəyyən ədəbiyyatları və diskləri yayan şəxslər saxlanılıblar, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir. Amma bütövlükdə "FETÖ"çülərlə bağlı bu və ya digər araşdırmalar lazımdırsa, bunu dəqiqləşdirib sonra fikir bildirmək olar. Mən Türkiyədən dövlət səviyyəsində məlumatların Azərbaycana daxil olması ilə bağlı məlumatlara malik deyiləm. Bu barədə Türkiyə mətbuatında yayılan məlumatları o zaman dəqiq hesab edə bilərəm ki, məlumatı Türkiyənin rəsmi qurumları yaymış olsun".

Milli.Az


Tags:  Komitə sədri FETÖ üzvləri barədə Azərbaycana müraciət olunması bağlı məlumatlara münasibət bildirdi

RƏYLƏR


Top news