Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Zədəli deyiləm, yorğunam"

"Zədəli deyiləm, yorğunam"

Date: 12 October 2016 14:17

Kolumbiya ilə oyunda (2:2) qol vuran Uruqvay yığmasının futbolçusu Luis Suares zədələnmədiyini və oyun zamanı əvəzetmə tələb etmədiyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  "Barselona" futbolçusu açıqlamasında yorğunluqdan şikayətlənib: "Mənim zədəm yoxdur. Sadəcə olaraq çox yorulmuşam. Oyun çox olub. Bundan başqa uzun müddətli uçuşlar da öz təsirini göstərir. Qələbə qazana bilmədiyimizə görə təəssüflənirəm. Amma birbaşa rəqiblə səfərdə xal aldığımızdan məmnunam".

Milli.Az


Tags:  Zədəli deyiləm yorğunam

RƏYLƏR


Top news