Şagirdlərin tətil günlərinin sayı açıqlandı

Şagirdlərin tətil günlərinin sayı açıqlandı
14:22 12 Oktyabr 2016
796 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb.

Milli.Az bildirir ki, nazirlikdən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2016-2017-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR