Professor: "Stressdən qorunmağın yeganə yolu ..."

Professor: "Stressdən qorunmağın yeganə yolu ..."
14:22 12 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın bir çox inkişaf etmiş ölkələrində insanlar, demək olar, hər ay psixoloq xidmətinə müraciət edirlər. Qeyri-rəsmi statistikaya görə, mövcud xəstəliklərin 80%-dən çoxu insanın psixikası və sinir sisteminin pis olması ilə bağlıdır. Milli.Az modern.az-a istinadən Azərbaycanda bu sahədə vəziyyət, mövcud problemlər və onların həlli yolları ilə bağlı ATU-nun psixiatriya kafedrasının professoru Nadir İsmayılovun müsahibəsini təqdim edir:

-Nadir müəllim, Azərbaycanda psixiatrlara müraciət edənlərin sayının az olduğunu deyirlər. Sizcə, bunun səbəbləri nə ilə əlaqədardır?

-Mən az olduğunu deməzdim. Mənim bəzən o qədər xəstəm olur ki, müraciət etdiyi gün onları qəbul edə bilmirəm. Hazırda Maştağadakı psixoloji mərkəz 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var. 
 
-Elədirsə, ən çox hansı problemlərlə sizə müraciət olunur?

-Son vaxtlar intihar hadisələri çoxalıb, depressiyaların sayı artıb. Həmçinin, stresslə əlaqədar olan xəstliklər -"psixosomatik  xəstəliklər" adlandırılan qruplarda artım var. Lakin şizofreniya, epilepsiya xəstələrinin sayında artım müşahidə olunmur. Ümumiyyətlə, deməliyəm ki, cəmiyyətdə baş verən hadisələrin bu cür xəstəliklərin sayının artımına təsiri çox böyükdür. 
 
-Qeyd etdiniz ki, intiharların sayı artır. Bunda psixoloji problemlər hansı rol oynayır?

-Əlimizdə rəsmi statistika olmasa da,yayılan xəbərlərdən, müxtəlif məlumatlardan intiharların sayının günü-gündən artdığını görürük. Bəlkə də əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artdığını deyə bilərik.
İntiharların əsas səbəbi ictimai problemlərlə bağlıdır - əhali arasında olan gərginlik, gərgin həyat rejimi və s. Məsələn, çox insanlar banklara borclarını qaytara bilmədiklərinə görə depressiyaya düşürlər. Bəzən ailə büdcəsi aşağı olan insanlar arzuladıqları həyat tərzini sürə bilmədiklərinə görə depressiyaya düşürlər, bu cür hallar onların psixikasına mənfi təsir göstərir. Yəni, əsasən maddi sıxıntılar insanların psixikasında ciddi narahatlıq yaradır.
Digər tərəfdən, ailə-məişət zəminində də intiharlar və xüsusilə qətl hadisələrinin də artdığını görürük. Bəzən internet, sosial şəbəkələr, mobil telefonların yaratdığı imkanlar ailə münaqişələrinə çevrilir. Fikir verin, 5 il əvvələdək ailə quranların yalnız bir neçə faizi ayrılırdı. İndi isə cütlüklər arasında boşananların sayı 30 faizə yüksəlib.
Bunların da hamısının psixoloji səbəbləri var. Araşdıranda çox hissəsinin müasir yaşayış tərzinə və iqtisadi amillərə bağlandığını görürük.
 
-Bir mütəxəssis kimi depressiya, stressdən qorunmağın yolları barədə hansı məsləhətləri verərdiniz? Ümumiyyətlə, depressiyanı xəstəlik kimi qiymətləndirmək olarmı?

-Bu məsələdə ən önəmli məsələ düzgün rejimli həyat tərzidir. İnsan hər gün düzgün qidalanmalı, idman etməlidir. Həm fiziki, həm də mənəvi baxımdan istirahəti təmin etmək lazımdır, yəni kitab oxumaq, təmiz havada gəzmək vacibdir. Əks təqdirdə, bu dövrdə, belə bir şəraitdə, bu cür qeyri-düzgün rejimlə stressə düşməmək mümkün deyil.
 
-İnternetdən danışdınız. İnternetin həm də gənclərin psixologiyasına mənfi təsirindən gileylənirlər. Bu fikirlər nə dərəcədə haqlıdır?

-Əlbəttə, internetin  mənfi təsirləri mövcuddur. Təəssüf ki, bu məsələdə heç bir normaya əməl edilmir. Gənclər normadan qat-qat artıq internetdə olurlar, saatlarla, bəzən sutkalarla şəbəkədə olurlar. Uşaqlar üçün biz gündə 2 saatı norma kimi qəbul edə bilərik.
 
-Uşaqlarda psixoloji problemlərin daha dərin yaşandığını deyirlər. Valideynlər uşağın hansı yaşında diqqətli olmalıdırlar? Və uşağın davranışında nəyə diqqət olunmalıdır?

-Uşaqlarla mışğul olmaq psixologiyanın, pedaqogikanın böyük bir sahəsidir. Uşaq psixologiyası ilə təkcə biz psixoloqlar deyil - uşaq nevroloqları, psixoloqlar, pedaqoji işçilər, ictimai təşkilatlar, məktəblər də məşğul olurlar. Biz öz sahəmizə uyğun olaraq, uşaqda olan psixi narahatlığı aşkar edib müalicə etmək üçün psixoprofilaktika aparılmasına, onlar üçün düzgün həyat rejiminin yaradılmasına diqqət yetiririk. Yəni, uşaqarın sağlam böyüməsində hər kəs iştirak etməlidir, bu proses hərtərəfli aparılmalıdır.
 
-Psixologiya sahəsində kifayət qədər peşəkar kadrlar varmı, yetişdirilirmi?

-Kifayət qədər olduğunu deyə bilməsəm də, əminliklə deyə bilərəm ki, yaxşı kadrların yetişdirilməsi prosesi gedir. Mən özüm də tələbələrlə işlərə çox diqqətlə yanaşıram. Tədris prosesi üçün çox önəmli olan praktikalara cəlb edirəm.
 
-Bəzən deyirlər ki, dərmansız, sözlə sağalmaq mümkün deyil. Bu cür fikirlərə münasibətiniz necədi?

-Sözlə müalicə - təbabət elminin bir qolu olan psixoterapiyada mövcuddur. Mərkəzi sinir sisteminin bütün funksional xəstəlikləri, psixosomatik xəstəliklər daha çox psixoterapiya ilə müalicə olunan xəstəliklərdir. Ən azı 100-ə qədər sindrom və xəstəliklər var ki, onlar psixoterapiya ilə daha yaxşı müalicə olunur. Bu sahədə Bexterev, Freyd kimi tanınmış alimlərin adlarını çəkmək olar.
Təəssüf ki, son zamanlar bizdə psixoterapiyanın tədrisinə diqqət azaldılıb. Ümid edirəm ki, ATU-da bundan sonra bu məsələyə diqqət artırılacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DƏHŞƏT: Göbəyi kəsilməmiş körpəni zibilliyə atdılar

22 İyul 2017 00:53

"İstanbul Başakşehir"dən daha 2 transfer

22 İyul 2017 00:47

"Allahım, sən kömək et" -

22 İyul 2017 00:47

Xəzərdə zəlzələ oldu

22 İyul 2017 00:29

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 00:27

"Çelsi" yeni transferini təqdim etdi -

22 İyul 2017 00:27

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

22 İyul 2017 00:17

Bu gün Milli Mətbuat Günüdür

22 İyul 2017 00:09

Astroloji proqnoz - 22 iyul

22 İyul 2017 00:08

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO

22 İyul 2017 00:05

Sudan daha faydalı içkilər - SİYAHI

22 İyul 2017 00:05

Günün qoroskopu: seçdiyiniz yoldan sapmayın

22 İyul 2017 00:05

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 00:02

"Schalke" futbolçulara qeyri-adi cəza kəsəcək

21 İyul 2017 23:57

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO

21 İyul 2017 23:57

Qadının böyrəyini oğurladılar

21 İyul 2017 23:57

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - FOTO

21 İyul 2017 23:57

Fələstindən ŞOK QƏRAR:

21 İyul 2017 23:57

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

21 İyul 2017 23:44

"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"

21 İyul 2017 23:42

ABŞ-ın yanlış zərbəsi nəticəsində bir neçə əfqan hərbçi həlak olub

21 İyul 2017 23:37

Fələstin İsraillə bütün əlaqələri dondurub

21 İyul 2017 23:32

"Yuventus" Bonuççinin yerinə kimi gətirəcək?

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putin ilə görüşüb

21 İyul 2017 23:32

Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putinlə görüşüb -

21 İyul 2017 23:29

Göyçayda “VAZ” ağaca çırpıldı - 3 yaralı

21 İyul 2017 23:24

Telefonunuzu kimlərin izlədiyini öyrənin

21 İyul 2017 23:20

3D restoranda 300 dollarlıq yemək - FOTO

21 İyul 2017 23:17

Günəş şüaları altında qaralmağın yolları

21 İyul 2017 23:17

Qüdsdə iğtişaş: 3 ölü

21 İyul 2017 23:13

Hər çiməndə kisələnməyin: dəriyə zərərdir

21 İyul 2017 23:05

Türkiyədə növbəti dəfə zəlzələ baş verib

21 İyul 2017 22:58

2 aylığında saçları ilə fenomen olmuşdu, indi isə... - FOTO

21 İyul 2017 22:57

Çaylarda son durum

21 İyul 2017 22:53

İnsanlar nə qədər plastik tullantısı yaradır? - İNANILMAZ RƏQƏM

21 İyul 2017 22:52

Günəş ləkələrinə qarşı maska - EVDƏ HAZIRLAYIN

21 İyul 2017 22:52

Beyninizi məşq etdirmək üçün TEST

21 İyul 2017 22:47

Saçlarım niyə tökülür? - 5 BİLMƏDİYİNİZ SƏBƏB

21 İyul 2017 22:47

Ağ Evin yeni mətbuat katibi bəlli oldu

21 İyul 2017 22:44

Ağ Evin yeni mətbuat katibi müəyyənləşdi

21 İyul 2017 22:43

Məktəb avtobusunda dünyanı gəzən cütlük - FOTO

21 İyul 2017 22:32

Marsa səyahət planı təxirə düşdü -

21 İyul 2017 22:29

Yumurtanı qaynadandan sonra suyunu atmayın - FAYDALARI

21 İyul 2017 22:27

Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA

21 İyul 2017 22:27

Türkiyədə növbəti zəlzələ

21 İyul 2017 22:23

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

21 İyul 2017 22:22

Türkiyədə yenidən zəlzələ oldu

21 İyul 2017 22:19

Evtanaziya etmədilər, o da özünü öldürdü - FOTO

21 İyul 2017 22:17

Uşağınızın qız olmasını istəyirsinizsə, bunları yeyin - İNANILMAZ ÜSUL

21 İyul 2017 22:12