Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə təklif

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə təklif

Birinci sinfə qəbul üçün bir gündə 9 mindən çox müraciət olub (17 Mart 2017 10:53)
Müəllimlərin hansı qaydada əmək haqqı alacağı AÇIQLANDI (15 Mart 2017 16:57)
Bakıda təmayül siniflərində oxuyan şagirdlərin sayı açıqlandı (15 Mart 2017 11:44)

Tarix: 12 Oktyabr 2016 14:23

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

İdarədən Publika.az-a verilən məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən təsdiqləyici sənəd veriləcək.

Qeyd edək ki, artıq könüllülük proqramı əsasında 40 nəfər gənc BŞTİ-də ixtisaslarına uyğun sektorlarda 3 ay təcrübə keçib.


Teqlər:  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə təklif



RƏYLƏR


Top xəbərlər