"Azercell" yeni kampaniyalara start verib

"Azercell" yeni kampaniyalara start verib
14:27 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin Z.Tağıyev küçəsi,26A ünvanında (Fəvvarələr meydanı) yerləşən ilk “Müştəri Xidmətləri”ndən biri olan ofisi yeni konsepsiya əsasında təmir edilərək yenidən istifadəyə verilib.
Şirkətdən “Report”a bildirilib ki, ilk belə ofis ötən il 28 May küçəsində yerləşən “Azercell Express”də istifadəyə verilib. Bu ofislərdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.
Eyni zamanda yüksək sürətli və keyfiyyətli mobil internetdən istifadəni mümkün edən smartfonları və müasir cihazları əhaliyə əlverişli şərtlərlə təqdim etmək üçün “Azercell” iki kampaniyaya start verib. Bu kampaniya çərçivəsində eksklüziv olaraq ilk dəfə “Azercell” abunəçiləri “General Mobile Android One” və “LG Flex” smartfonunu əldə edə biləcəklər. 
“General Mobile”ni fakturalı xəttə keçən “SimSim” abunəçiləri 12 ay müddətində ayda cəmi 35 manat ödəməklə (GM smartfonu + aylıq 5GB internet) əldə edəcək.
“LG Flex”i fakturalı xəttə keçən “SimSim” abunəçiləri 12 ay müddətində ayda cəmi 89 manat ödəməklə (LM smartfonu+aylıq 5GB internet) əldə edəcək.
Kampaniyaya qoşulmaq üçün “SimSim” və fakturalı xətt abunəçiləri “Azercell Müştəri Xidmətləri”, “Express Ofis"lərinə və diler mağazalarına müraciət edə bilərlər.
Qeyd edək ki, şirkət sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə dördüncü (4G) nəsil şəbəkəsinin əhatə dairəsini əsaslı şəkildə genişləndirir. Təkcə 2016-cı ildə Bakıda və Abşeron yarımadasında “Azercell” 220 yeni LTE stansiyası quraşdırıb. Bununla da sürətli mobil internetə ən çox təlabat olan Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79%-ə çatıb.



Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azercell-yeni-kampaniyalara-start-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR